Rekord qiymətə sahibini tapdı: 71,2 milyon dollara satıldı

Sotheby's Hərrac Evi, 59,6 karatlık oval "çəhrayı ulduz"un Honq Konqda təşkil edilən hərracda 71,2 milyon dollara satıldığını açıqladı.
İndiyə qədər hərracda ən yüksək qiymətə satılan almaz üzüyün yeni sahibi, hərraca telefonla qatılan Honq Konqlu ləl-cəvahirat firması Chow Tai Fook oldu.