Riqa aeroportunda pulsuz su aparatları qoyulacaq





Riqa beynəlxalq aeroportunun gəliş zalında pulsuz su aparatları quraşdırılacaq.

AZƏRTAC xəbər verir ki, aparatlar gəliş üçün nəzərdə tutulmuş hər iki zalda- baqajların təhvil alınması və Şengen zonasına daxil olmayan ölkələrdən gələnlərin yoxlama zalında olacaq.

Aeroportun rəsmi məlumatında bildirilir ki, sözügedən yeniliyə 4 min avro vəsait ayrılıb.