Roqozin Bakının şəkillərini paylaşdı - FOTO

Bakıda keçirilən Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının iclasında iştirak edən Rusiya hökuməti sədrinin müavini Dmitri Roqozin Tvitter səhifəsində Bakıda çəkdiyi şəkilləri paylaşıb və komissiyanın iclasının başlanmasının anonsunu verib.
Şəkillərə şərhində rusiyalı siyasətçi yazıb: "Soyuq və günəşli Bakıda ticarət-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının iclası başlayıb".
Xatırladaq ki, Rusiya hökuməti sədrinin müavini Dmitri Roqozin Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının 16-cı iclasında iştirak etmək üçün Bakıya gəlib.
AZƏRTAC fotoları təqdim edib.