“Bütün bunların hamısına aydınlıq gətirilməsini istərdim. Azərbaycan üçün çox maraqlıdır ki, Rusiyada gedən proseslərin sağlam və qeyri-sağlam nöqtələri haradadır? !”
“Rusiya Azərbaycanlıları Konqresindəki fikir ayrılıqları məni narahat edir”
13:06 29.04.2019
Arxiv
710
Guya Rusiya regionlarının hamısı orada təmsil olunmayıb və keçmiş Rusiya Azərbaycanlıları Konqresinin rəhbərliyində olan sağlam düşüncəli insanların hamısı bu prosesə qatılmayıb”
“Bütün bunların hamısına aydınlıq gətirilməsini istərdim. Azərbaycan üçün çox maraqlıdır ki, Rusiyada gedən proseslərin sağlam və qeyri-sağlam nöqtələri haradadır? !”
“Bütün bunların hamısına aydınlıq gətirilməsini istərdim. Azərbaycan üçün çox maraqlıdır ki, Rusiyada gedən proseslərin sağlam və qeyri-sağlam nöqtələri haradadır? !”
Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun təşkilatçılığı ilə Moskvada Rusiya Azərbaycanlılarının I Forumu başa çatdıqdan sonra Rusiya Azərbaycanlıları İttifaqının Təsis Konfransı öz işinə başlayıb.
Təsis Konfransına Rusiya Federasiyasının 56 regionunu təmsil edən diaspor qurumlarının təmsilçiləri qatılıb. Qərara alınıb ki, 3 ay ərzində Rusiya qanunvericiliyinə uyğun olaraq hazırlıq işləri keçirilsin, Nizamnamə hazırlansın və qurultay təyin olunsun. Bundan başqa Nizamnamənin bəndlərinin təsisçi təşkilatların hüquqşünasları tərəfdindən onlayn qaydada müzakirə ediləcəyi təklifi qəbul edilib.
İdarə Heyətinə Fizuli Məmmədov, Tofiq Rzayev, Mirkazım, Elşən Əliyev, Akil Mikaylov, Mais Cəfərov, Aydın Mehtiyev, Zahid Qocayev, Əli Kazımovun namizədliyi səsvermə ilə qəbul edilib.
Daha sonra, Rusiya Azərbaycanlıları İtifaqının prezidentliyinə namizədlər irəli sürülüb. Ceyhun Əliyev bu posta Dünya Azərbaycanlıları İtitfaqının və Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun prezidenti Fizuli Məmmədovun namizədliyini irəli sürüb. Təklif yekdilliklə qəbul olunub.
Rusiya Azərbaycanlıları İttifaqının yaradılması Azərbaycan daxilində müsbət qarşılanıb. Lakin bu məsələ ilə bağlı müəyyən ziddiyətlərin olduğu da inkar edilmir.
Mövcud ziddiyətlərlə bağlı "Sherg.az”a açıqlama verən "Bakı-xəbər” qəzetinin baş redaktoru, politoloq Aydın Quliyev bütün ölkələrdə hər zaman Azərbaycan diasporunun sağlam və dövlətçilik, eləcə də milli-mənəvi dəyərlər üstündə təşkilatlanmasının tərəfdarı olduğunu bildirdi:
"Həmçinin Moskvada Rusiya azərbaycanlılarının təşkilatlanmasına hər zaman dövlətçilik mənafelərinə uyğun bir proses kimi yanaşmışam. Çoxdandır ki, Moskvada Rusiya azərbaycanlıları konqresinin fəaliyyətinin rəsmi qaydada dayandırılmasından bir vətəndaş olaraq narahat idim. Həmişə Rusiyada azərbaycanlıların yenidən təşkilatlanmasını gözləmişəm.
Amma hər zaman hesab etmişəm ki, yeni təşkilatlanma orada olan bütün sağlam azərbaycanlı qüvvələrin bir araya gətirilməsi şərti ilə baş tutmalıdır. Müxtəlif qurumların və şəxslərin öz maraqları çəriçivəsində bu proseslərdən bəhrələnməsini həmişə anormal hesab edirəm. Düşünürəm ki, Moskvada azərbaycanlıların təşkilatlanması həm Rusiya, həm də Azərbaycan dövlətinin maraqları çərçivəsində olmalıdır. Həmçinin xalqımızın milli-mənəvi dəyərləri də əsas götürülməlidir”.
A.Quliyevin fikrincə, həm Rusiya, həm də Azərbaycan dövlətinin dəstəyindən və yaxud himayəsindən kənarda gedən hər hansı bir təşkilatlanmanın praktik bir əhəmiyyəti ola bilməz:
"Proses hələ yeni başlayıb. Ona görə də tam qiymət verməkdə çətinlik çəkirəm. Əlbəttə, ilk günlər orada müəyyən fikir ayrılıqlarının olması ilə bağlı mənzərə məni narahat edir. Proseslərin əleyhinə gedənlər var, müxtəlif iddialar səslənir. Həmin iddialardan biri bundan ibarətdir ki, guya Rusiya regionlarının hamısı orada təmsil olunmayıb və keçmiş Rusiya Azərbaycanlıları Konqresinin rəhbərliyində olan sağlam düşüncəli insanların hamısı bu prosesə qatılmayıb.
Bütün bunların hamısına aydınlıq gətirilməsini istərdim. Azərbaycan üçün çox maraqlıdır ki, Rusiyada gedən proseslərin sağlam və qeyri-sağlam nöqtələri haradadır? Bu gün bütün Azərbaycan cəmiyyəti Moskavada gedən prosesləri izləyir. Cəmiyyətimizin həmin proseslərlə bağlı ən obyektiv və dəqiq məlumatalara böyük ehtiyacı var”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Prezidenti: İndi ABŞ-la müharibəyə son qoymağın vaxtıdır
16:24 21.08.2026
Region
Qırğızıstanda sənədsiz malların idxalına görə cərimələr artırılıb
15:39 21.08.2026
Dünya
İqbal 5 ildir sudan çıxmır, yeməyini belə orada yeyir!
15:38 21.08.2026
Maraqlı
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücum edildi
15:29 21.08.2026
Dünya
Rusiyanın Patriarxı II Qaregini təbrik edib
15:14 21.08.2026
Dünya
Bakının yaşıllıqları ilə bağlı HƏYƏCAN
15:08 21.08.2026
Ekologiya
Rusiyada deputatlığa namizəd saxlanıldı
15:02 21.08.2026
Dünya
Moskava anti-Azərbaycan təbliğatı yenidən güclənir - RƏY
14:53 21.08.2026
Siyasət
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə
İtlər bu yaşda qocalırlar
12:09 21.08.2026
Maraqlı