Rusiya ilə ABŞ arasında Kastro gərginliyi yaşandı

"Bu sərt ifadələri Trampın vicdanına buraxıram"

ABŞ-da yeni prezident  seçilən Donald Trampın, həyatını itirən Kubanın əfsanəvi lideri Fidel Kastro haqqında sərt  danışmasına reaksiya çox çəkməyib.  Rusiya Xarici İşlər Nazirliyinin  Latın Amerikası üzrə diplomatı Aleksandr Şetinin, "Bu sərt ifadələri Trampın vicdanına buraxıram" deyib.
 Şetinin, Fidel Kastronun vəfatından sonra  Rusiya ilə Kuba arasındakı yaxın əməkdaşlığın davam edəcəyinə əmin olduğunu söyləyib. "Sputnik"də yayılan xəbərə görə, Fidel Kastronun Rusiya-Kuba dostluğunun təməllərini qoyduğunu xatırladan Şetinin, Kastronun mirasının qorunacağını və inkişaf etdiriləcəyini vurğulayıb.
Qeyd edək ki, ABŞ-ın yeni başçısı seçilən milyarder iş adamı Donald Tramp,  həyatını itirən Kubanın əfsanəvi lideri Fidel Kastro haqqında "Zalım bir diktator idi. Ümid edirəm ku,  Kuba xalqı artıq onun təsirindən xilas olaraq gələcəyə daha azad bir pəncərədən baxa bilər" ifadələr işlətmişdi.