Rusiya XİN: Çexiya Moskva əleyhinə fəaliyyətinə görə böyük əvəz ödəyib
14:58 19.04.2021
Arxiv
402
Çexiya Moskvaya qarşı fəaliyyətinə görə böyük əvəz ödəyib.
"Sherg.az" APA-ya istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Bu, Rusiya ilə ikitərəfli münasibətlərə, öz diplomatik xidmətinə zərbədir. Bu gün 20 çex diplomat Rusiyanı tərk etməlidir. Təəssüflər olsun ki, ailələri ilə birlikdə, çünki diplomatik praktikada belə qəbul olunub. Bu, bizim seçimimiz deyil, cavab tədbirləridir", - Rusiya XİN rəsmisi vurğulayıb.
M. Zaxarova onu da əlavə edib ki, ABŞ kimi, rəsmi Praqaya da diplomatik missiyaya personal üçün Rusiya vətəndaşlarından işə götürmək qadağan olunub: "Bu isə onlar üçün çox ciddi məsələdir".
Qeyd edək ki, Çexiyanın Baş naziri Andrey Babiş aprelin 17-də bəyan edib ki, 2014-cü ildə Vrbetitsada hərbi anbarda partlayış baş verməsində Rusiya xüsusi xidmət orqanlarının əli olmasından şübhələnirlər. Baş nazirin birinci müavini, xarici işlər naziri Yan Hamaçek isə bildirib ki, 18 rusiyalı diplomat 48 saat ərzində ölkədən çıxarılacaq.
Rusiya buna cavab olaraq aprelin 18-də Çexiyanın 20 diplomatının ölkəni tərk etməsi üçün 48 saat vaxt verib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu: İran məsələsində ABŞ-la tam koordinasiyadayıq
21:52 24.04.2026
Dünya
Kreml açıqladı: Putin ABŞ-a gedə bilər
20:29 24.04.2026
Gündəm
Rusiya və Çin müdafiə nazirləri əməkdaşlığı müzakirə ediblər
20:04 24.04.2026
Dünya
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
19:55 24.04.2026
Dünya
Dünyanın zirvəsinə gedən yolda gözlənilməz maneə
19:54 24.04.2026
Dünya
İran üç ölkəyə uçuşları bərpa edir
19:48 24.04.2026
Region
Lavrov: Qərb Rusiyaya müharibə elan edib
19:48 24.04.2026
Dünya
Qəhvə içib yatsanız nə olar? - ARAŞDIRMA
19:40 24.04.2026
Sağlamlıq
Məşhur müğənni Ərdoğana görə istintaqa çağırıldı
19:34 24.04.2026
Şou
Aİ səfiri Gürcüstan XİN-ə çağırılacaq
19:19 24.04.2026
Cənubi Qafqaz
Kosta: Aİ İrana qarşı sanksiyaların ləğvi perspektivini görmür
19:11 24.04.2026
Dünya
ABŞ müdafiə naziri: Hərbçilərimiz Nobel Sülh Mükafatını almalıdır
19:03 24.04.2026
Dünya
Netanyahu prostat xərçənginə görə əməliyyat olundu
18:56 24.04.2026
Dünya
Ukrayna AB-yə dərhal qoşula bilməz - Merz
18:33 24.04.2026
Dünya