Rusiyada DƏHŞƏTLİ qəza: iki azərbaycanlı öldü


Rusiyanın Rostov vilayətində azərbaycanlıları daşıyan “Volkswagen Crafter” mikroavtobusunun “MAN” yük avtomobili ilə toqquşması nəticəsində 2 nəfər ölüb, 9 nəfər xəsarət alıb.
APA “İnterfax”a istinadən xəbər verir ki, qəza nəticəsində ölənlərdən biri “Volkswagen Crafter”in sürücüsü, digəri isə sərnişini olub.
Mikroavtobusdakı 13 sərnişinin hamısı Azərbaycan vətəndaşı olub və onlar Moskvadan Bakıya gəlirmişlər.