"Rusiyada Paşinyanla kifayət qədər sərt danışılıb" - AKTUAL
13:21 28.12.2018
Arxiv
575
"Rusiya heç bir halda Ermənistana təsir mexanizminin azalmasına razı olmayacaq”.
Bunu "Sherg.az”a açıqlamasında siyasi elmlər namizədi, DİA-nın dossenti, politoloq Elşad Mirbəşiroğlu deyib.
Ekspert bildirib ki, Ermənistan özünü Rusiyanın təsir orbitindən çıxartmağa çalışsa da, Rusiyanın ona təzyiq etmək üçün çox ciddi rıçaqları var:
"Rusiya prezidenti Vladimir Putin mətbuat konfransında jurnalistin sualına cavab olaraq qeyd etdi ki, Rusiya Ermənistan arasında hər hansı korlanmış münasibət yoxdur ki, onu bərpa etməyə ehtiyac olsun. Bu açıqlama bir daha göstərir ki, Ermənistanda hakimiyyətin dəyişməsindən asılı olmayaraq, Moskva İrəvanı öz forpostu hesab edir. Rusiya rəsmilərinin dilindən Ermənistana müəyyən hədələrin şahidi oluruq.
Məsələn, Sergey Lavrov bəyan etdi ki, İrəvan-Moskva arasında Ermənistan ərazisində üçüncü dövlətin hərbi bazalarının yerləşdirilməməsi ilə bağlı sənəd üzərində iş gedir. Bundan başqa Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin Ermənistanın ABŞ-a meyilliliyi ilə bağlı fikir səsləndirdi. Bildirdi ki, Ermənistan özündə cəsarət taparaq müstəqil siyasət yeritməlidir. Əslinə qalsa, bütün bunlar rusiyalı rəsmilərin dili ilə İrəvana çox ciddi hədələr sayılır. Bu hədələrin ciddilik və Ermənistan üçün təhlükəlilik səviyyəsini İrəvanda çox aydın dərk edirlər”.
Politoloqun sözlərinə görə, Paşinyanın Rusiyaya səfər edəcəyi və Putinlə ciddi müzakirələr aparacı deyilirdi. Ancaq göründüyü kimi Putin Paşinyanla görüşü zamanı ona yaxşı heçnə vəd etməyib:
"Rusiyanın əsas istəyi ondan ibarətdir ki, Paşinyan özünü daha ağıllı aparsın. Qərbdən gələn impulslara çox da həvəslə reaksiya verməsin. Mətbuatda gedən informasiyalar görüş zamanı elə də ciddi məsələlərin müzakirə edilmədiyi haqda rəy formalaşdırır. Hesab edirəm ki, Rusiyada Paşinyanla kifayət qədər sərt danışılıb. Çünki Paşinyanın özünün verdiyi bəyanatlar ikibaşlı xarakter daşıyır. Paşinyan Lavrovun açıqlamasını da təkzib etdi və bildirdi ki, məlum sənəd üzərində iş Sarkisyanın dövründə başlayıb.
Yəni bir növ bunun ona aid olmadığını və bu işdə maraqlı olmadığını vurğulayır. Bütün bunlar ondan xəbər verir ki, Rusiya Ermənistana öz yerini göstərməyə çalışır. Şübhə yoxdur ki, bunu etmək üçün Moskvanın əlində təzyiq imkanları var. Qazın qiymətinin artırılması ilə bağlı Rusiyanın bəyanatları da bu məqsədə xidmət edir. Təbii ki, bundan sonra Rusiya tərəfi Paşinyanın hərəkətlərini diqqətlə izləyəcək”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şansınızı qaçırmayın: BÜRCLƏR üçün sentyabrın ən xoşbəxt günü
08:18 02.09.2026
Sosial
Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır?
07:37 02.09.2026
Cəmiyyət
Britninin filmi çəkilir – onlardan biri oynayacaq
07:00 02.09.2026
Şou
Ödü qatı olanların qanı da qatı olur - Onkoloq
06:26 02.09.2026
Sağlamlıq
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm