
Rusiyada yayılan qrip Azərbaycana keçə bilər
20:45 21.02.2018
Arxiv
479
Səhiyyə Nazirliyi nəzarəti gücləndirdi
Rusiyada yayılan qrip epidemiyasının Azərbaycana keçməsinin qarşısını almaq üçün bütün zəruri tədbirlər görülür.
Bunu Trend-ə Səhiyyə Nazirliyinin mütəxəssisi Səfayə Əhmədova deyib.
S.Əhmədovanın sözlərinə görə, xəstə insanların ölkəmizə keçməsinin qarşısını almaq üçün sərhəd-keçid məntəqələrində yoxlama tədbirləri həyata keçirilir, müvafiq təşkilatlara şübhəli xəstələrin dərhal təcrid olunması barədə məlumat verilib, tibb müəssisələrində əks-epidemik və dezinfeksiya tədbirləri üzərində nəzarət gücləndirilib.
S.Əhmədova qeyd edib ki, ümumilikdə hazırda Azərbaycanda epidemioloji vəziyyət sabitdir. Ölkədə kəskin respirator virus infeksiylarına yoluxma qeydə alınsa da, bu halların sayı ötən illə müqayisədə təqribən 10 faiz azalıb. İndiyədək Taun Əleyhinə Stansiyada aparılan müayinələr zamanı da qrip virusları aşkarlanmayıb:

"Hələlik ölkəmizdə Rusiyadan və digər ölkələrdən gətirilmə qrip aşkarlanmayıb. Ancaq yaxşı olar ki, insanlar mövsüm ərzində xəstəliklərin yayıldığı ərazilərə səfər edərkən ehtiyatlı davransınlar. Özlərində şübhəli əlamətlər gördükdə vaxtında müvafiq tibb müəssisələrinə müraciət etsinlər".
Qeyd edək ki, Rusiyanın Kuzbas bölgəsində 26 orta məktəb, Ural bölgəsinin Ozersk şəhərində isə bütün məktəblər bağlanılıb. Uşaq bağçalarında isə valideynlərə öz uşaqlarını mümkün qədər bağçaya gətirməməsi tapşırılıb.
Səhiyyə Nazirliyində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş toplantıda çıxış edən səhiyyə naziri Oqtay Şirəliyev də bildirmişdi ki, kütləvi peyvəndləmə, həyata keçirilən tədbirlər hesabına qonşu ölkələrdə qeydə alınan yoluxucu xəstəliklər, epidemiyalar Azərbaycandan yan keçir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ qoşunlarının İrana müdaxiləsini istisna etməyib
22:42 17.09.2026
Gündəm
Slovakiyanın Baş naziri Ukraynaya səfər edəcək
21:25 17.09.2026
Gündəm
Bu, NATO-nun Rusiyaya qarşı müharibəsi deməkdir
21:14 17.09.2026
Aktual
Ermənistanda TRIPP layihəsinin icrası müzakirə olundu
21:03 17.09.2026
Cənubi Qafqaz
"Barselona"da ağır itki...
20:30 17.09.2026
Futbol
Çin XİN rəhbəri və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
20:07 17.09.2026
Dünya
Bu ölkə İsrailə görə "Avroviziya"da iştirakdan imtina etdi
19:58 17.09.2026
Şou
Alyaskada 6,3 maqnitudalı zəlzələ baş verib
19:50 17.09.2026
Dünya
Almaniyanın Tehrandakı səfiri XİN-ə çağırıldı
19:43 17.09.2026
Gündəm
Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi
19:35 17.09.2026
Aktual
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
19:27 17.09.2026
Cənubi Qafqaz
Bakı Limanında yükaşırma 3% artıb
19:10 17.09.2026
İqtisadiyyat
Rusiya və Çin ABŞ-nin hazırladığı İran layihəsini rədd etdi
18:54 17.09.2026
Dünya
Kiyevdə ardıcıl partlayışlar baş verdi
18:40 17.09.2026
Gündəm
Özbəkistan Məkkəyə hücumla bağlı bəyanat verdi
18:10 17.09.2026
Gündəm