Rusiyadan gələn 33 nəfərdə koronavirus aşkarlandı - RƏSMİ
12:08 04.09.2020
Arxiv
474
"Yeni növ koronavirus pandemiyası səbəbindən xarici ölkələrdə, o cümlədən Azərbaycanla qonşu olan ölkələrdə qalmış vətəndaşlarımızın vətənə qaytarılması istiqamətində tədbirlər davam etdirilir".
Bu barədə "Sherg.az"a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, quru sərhədi ilə Azərbaycana qayıtmaq məqsədilə çoxlu sayda vətəndaşlarımız Dağıstana gəlir. Həftəlik əsasda Rusiyanın rəsmi orqanları ilə razılaşdırılmış qaydada və xüsusi plana uyğun olaraq vətəndaşlarımızın Samur sərhəd-keçid məntəqəsindən Azərbaycan ərazisinə keçidi həyata keçirilir.
Sərhədi keçən bütün vətəndaşlardan TƏBİB tərəfindən koronavirus testi üçün nümunə götürülür və karantin məntəqələrinə yerləşdirilirlər.
Təəssüflə qeyd olunmalıdır ki, avqustun sonuncu həftəsində Rusiyadan quru sərhədi ilə Azərbaycana təxliyə olunmuş vətəndaşlarımızdan götürülmüş testlər nəticəsində 33 nəfərdə COVİD-19 infeksiyası aşkar olunub. Əvvəlki aylarda həyata keçirilmiş təxliyələr zamanı testləri pozitiv çıxmış vətəndaşlarımızın sayı cüzi olsa da, qeyd edilən həftədə kəskin artım müşahidə olunmuşdur. Bu, istər Rusiyanın müxtəlif bölgələrindən Dağıstana gələn, istərsə də orada toplanma məntəqələrində təxliyə gözləyən bəzi vətəndaşlarımızın sanitar-epidemioloji tələblər və təhlükəsizlik qaydalarına riayət etməməsinin nəticəsində baş verir.
TƏBİB bir daha xarici ölkələrdə olan və Azərbaycana qayıtmaq arzusunda olan vətəndaşlarımızı olduqları ölkənin sanitar-epidemioloji qaydalarına ciddi şəkildə riayət etməyə çağırır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Onlar regionu tərk etməlidir - Vilayəti
17:48 08.08.2026
Dünya
41 dərəcə isti: Nazirlikdən əhaliyə xəbərdarlıq
17:29 08.08.2026
Ekologiya
Paşinyan Əliyevə zəng etməsindən danışdı
16:52 08.08.2026
Gündəm
ABŞ Azərbaycanın sülh gündəliyinə güclü dəstək verdi – ŞƏRH
16:23 08.08.2026
Gündəm
“Barselona” Arauxonu “Liverpul”a göndərir
15:45 08.08.2026
Futbol
Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır
15:37 08.08.2026
Dünya
Lionel Messinin atası vəfat edib
15:11 08.08.2026
Futbol
Almaniyanın mühüm hərbi bazası üzərində naməlum dronlar uçub
14:34 08.08.2026
Dünya
Lukaku karyerasını Türkiyədə davam etdirə bilər
14:03 08.08.2026
Futbol
Xameneini devirməyə çağıran din adamına cinayət işi açıldı - FOTO
12:59 08.08.2026
Gündəm
Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib
12:38 08.08.2026
Gündəm
Sabah 40 dərəcə isti olacaq
12:19 08.08.2026
Ekologiya
Zelenski: Putindən başqa hamı bunu istəyir
12:11 08.08.2026
Gündəm
Dənizdə batan 16 yaşlı yeniyetmənin meyiti tapılıb
11:57 08.08.2026
Hadisə
Ukrayna Qara dənizdə bəzi tankerlərə hücum etməməyə razılaşıb
11:42 08.08.2026
Dünya