Sabahın havası...
08:57 05.09.2019
Arxiv
297
Sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Sherg.az"a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 17-20, gündüz 25-28, Bakıda gecə 18-20, gündüz 26-28 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.
Abşeron çimərliklərində cənub-şərq küləyi əsəcək.
Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında isə sentyabrın 6-da bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı ehtimalı var.
Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-20, gündüz 25-30, dağlarda gecə 7-12, gündüz 13-18 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza gəlincə, sabah Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
Hicranə Əlişqızı
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Dubaydan Təl-Əvivə uçan daha bir sərnişin təyyarəsi geri dönüb
15:12 30.09.2026
Dünya
DTX tərəfindən saxlanılan Saleh Səmədova cəza istənilib
15:02 30.09.2026
Hadisə
BMT-dən Ermənistana ciddi iradlar: “Səylərimiz nəticə verdi”
15:01 30.09.2026
Gündəm
Pezeşkian dövlət siyasətini tam müəyyənləşdirmir - Politoloq
14:52 30.09.2026
Gündəm
Peskov: Rusiyada siyasi məhbus yoxdur
14:19 30.09.2026
Dünya
Hörmüz boğazında neft tankeri vuruldu
14:10 30.09.2026
Hadisə
Azərbaycan iqtisadiyyatında böyük sıçrayış... - ŞƏRH
14:06 30.09.2026
Gündəm
İran yeni silahlarla gücünü artırır - Hərbi ekspert
13:25 30.09.2026
Gündəm
Bərdədə 26 yaşlı oğlan qətlə yetirilib, saxlanılan var - YENİLƏNİB
13:08 30.09.2026
Hadisə
Çexiya Rusiya ilə müharibəyə hazırdır
12:35 30.09.2026
Dünya
Bəzi işçilər gəlir vergisindən azad ediləcək
12:34 30.09.2026
Aktual
Ceyhun Məmmədov: Azərbaycanda ailə institutu sıradan çıxa bilər
12:30 30.09.2026
Gündəm
Azərbaycan və İordaniya viza rejimi aradan qaldırılır
12:27 30.09.2026
Gündəm
“Yuventus” artıq İrəvandadır: İtaliya nəhəngi futbol filialı açdı
12:15 30.09.2026
Futbol