Sabirabadda qəza: 1 nəfər öldü, 2 nəfər xəsarət aldı




Bu gün səhər saatlarında Salyan-Sabirabad rayonlarını birləşdirən Noxudlu yolunun 25-ci km-də ağır yol-nəqliyyat hadisəsi baş verib.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, Sabirabad rayon sakininin idarə etdiyi "Mercedes” markalı minik maşını idarəetməni itirərək aşıb. Nəticədə sərnişin- Sabirabad şəhərinin 35 yaşlı sakini Saməddin İbrahim oğlu Fərzəliyev ağır xəsarətlər alıb və aparıldığı Salyan Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsində dünyasını dəyişib. Digər sərnişinlər – Sabirabad rayonunun Surra kənd sakini, 55 yaşlı Xatirə Aslan qızı Əhmədova və Sabirbabad şəhər sakini, 51 yaşlı Sevinc Zakir qızı Əhmədova həmin xəstəxananın travmatologiya şöbəsinə yerləşdiriliblər.

Avtomaşında olanların bazarlıq üçün İrana getdikləri deyilir.

Faktla bağlı araşdırma aparılır.