Şagirdini hamilə qoyan müəllim 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
13:20 03.10.2016
Arxiv
340
Şamaxı rayonu Pirbəhli kəndində qeydə alınan biabırçı olayda - şagirdinin hamilə qalmasında adı hallanan müəllim Elnur İbrahimov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Lent.az-ın Modern.az-a istinadən xəbərinə görə, bu barədə onun atası Həsənağa İbrahimov məlumat verib. O, ailəsinin pərən-pərən düşdüyünü qeyd edərək, medianı bu məsələni şişirtməkdə qınayıb. Həsənağa İbrahimov deyib ki, hadisə barədə mətbuat bu qədər yazmasaydı, işlər bu səviyyəyə çatmazdı:
"Hamınız istəyinizə çatdınız, oğlum tutuldu. 5 il 6 aylıq həbs edildi. İstəyirsiniz, gəlin məni də tutdurun”.
Xatırladaq ki, Pirbəhli kəndinin Ağsaqqallar Şurasının sədri hacı Neman Əfəndiyev hadisələrdən sonra qalmaqalda adları hallanan müəllim və şagirdin ailə qurmağa hazırlaşdığını açıqlamışdı.
H.İbrahimov bu faktı təsdiqləyib:
"Bəli, ailələr razılığa gəlmişdi, barışmışdıq. Amma hüquq-mühafizə orqanları, hökumət barışığa heç bir məhəl qoymadı. Heç barışıq sözünü hallandırmadılar da”.
H.İbrahimov dünyaya gələn nəvəsindən xəbərsiz olduğunu bildirib:
"Uşaqdan xəbərimiz yoxdur, görməmişik. Hər şeyi hökumət bilir, biz bilmirik”.
Ata həmçinin oğlunun həyat yoldaşının 2 uşaqla birlikdə atası evinə getdiyini açıqlayıb:
"Gəlin uşaqlarla birlikdə atası evinə getdi. Hərəsi bir dərədədir. Ailəmiz dağıldı daha”.
Qeyd edək ki, Şamaxı rayonunun Pirbəhli kəndində yetkinlik yaşına çatmayan məktəbli qızın müəllimi tərəfindən zorla cinsi əlaqəyə məcbur edilməsi və hamilə qalması günlərlə müzakirə olundu. Ailələr bir-birilərinə qarşılıqlı ittihamlar irəli sürdülər. Müəllim E.İbrahimovun atası hadisədən sonra oğlunun həmin qıza əl belə vurmadığını demişdi. Araşdırmalar zamanı bəlli oldu ki, Şamaxı rayon məhkəmə tibb eksperti Məmməd Abdulrahibovun 7 aylıq hamilə olan qıza bakirəlik haqda rəy verib. Hadisə ilə bağlı Şamaxı Rayon Prokurorluğunda cinayət işi açılmışdı.
Hadisədə adı hallanan müəllim 25 yaşlı Elnur İbrahimov ailəlidir, 2 övladı var.
Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının doğum şöbəsinin müdiri Zəhra Abbasovanın açıqlamasına görə, 2016-cı ilin iyul ayında qız uşağı dünyaya gətirən gənc ana, uşağın atasının həbsdə olmasını əsas gətirərək ondan imtina edib. Uşaq hazırda 1 saylı körpələr evindədir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb
17:27 14.10.2026
Gündəm
Lavrov Bakıya gəldi
17:23 14.10.2026
Gündəm
Rusiya müharibəni qələbə qazanmadan dayandırmayacaq - POLİTOLOQ
17:02 14.10.2026
Gündəm
Ermənistan Türkiyə sərhədinin açılmasına möhtacdır - ŞƏRH
17:01 14.10.2026
Gündəm
Əməkdar jurnalist Ənvər Qafarlı vəfat edib
16:49 14.10.2026
Cəmiyyət
Netanyahu İranda hakimiyyət dəyişikliyi üçün vaxt verdi
16:24 14.10.2026
Gündəm
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəldi
16:21 14.10.2026
Gündəm
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib - FOTO
15:55 14.10.2026
Aktual
Kreml: Putin və Tramp arasında görüş hələ razılaşdırılmayıb
15:10 14.10.2026
Gündəm
Aİ Ukraynaya 2,86 milyard avro ayırdı
15:06 14.10.2026
Gündəm
Bu evlərə “kupça”a verilməyəcək
14:42 14.10.2026
Sosial
Pensiya alanlara ŞAD XƏBƏR!
14:00 14.10.2026
Sosial
Bacısı oğluna işgəncə verən falçı...
13:58 14.10.2026
Hadisə
Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib
13:55 14.10.2026
Gündəm