Şagirdlərə isti yemək eksperti əsəbiləşdirdi
11:01 10.02.2017
Arxiv
736
Bu gün təhsilin vacib problemləri bir yana qalıb, elə məsələləri ortaya atırlar ki, buna çox heyifslənirəm
Təhsil Nazirliyi birbaşa tabeliyində olan təhsil müəssisələrində təhsil, təlim və tərbiyə alan, mövcud qanunvericiliyə uyğun dövlət təminatında olan təhsilalanların 2017-ci ilin aprel-dekabr ayları ərzində keyfiyyətli hazır isti yeməklə təchizatı ilə bağlı iş və xidmətlərin satın alınması məqsədi ilə açıq tender keçirir.
Keyfiyyətli hazır isti yeməklə təchizat ilə bağlı iş və xidmətlər 51 təhsil müəssisəsini əhatə edəcək. Məktəblər Azərbaycanın müxtəlif bölgələrini əhatə edir. Təhsil müəssisələrində təhsil, təlim və tərbiyə alan, mövcud qanunvericiliyə uyğun dövlət təminatında olan təhsilalanların keyfiyyətli hazır isti yeməklə təchizatı zamanı Nazirlər Kabinetinin 09.03.1994-cü il tarixli 103 nömrəli, 21.11.1994-cü il tarixli 402 nömrəli və 18.09.1995-ci il tarixli 206 nömrəli qərarları ilə müəyyənləşdirilmiş qida normativlərinə riayət olunmalıdır.
İddiaçılar tender təkliflərini martın 27-nə kimi tender komissiyasına təqdim etməlidirlər. Təkliflər zərflər açıldığı gündən sonra azı 30 bank günü qüvvədə olmalıdır. Məktəblərin isti yeməklə təchiz olunmasının yeni söz-söhbətə səbəb olacağını deyən təhsil üzrə ekspert Nabatəli Qulamoğlu bu işlə bağlı Təhsil Nazirliyinin adının daim mənfi olaraq hallanacağını bildirib. Ekspert məsələnin perspektivinə inanmadığını da vurğulayıb:
"Bu gün təhsilin vacib problemləri bir yana qalıb, elə məsələləri ortaya atırlar ki, buna çox heyifslənirəm. Hələlik 51 məktəb nəzərdə tutulub. Ölkədə məktəblərin nə qədər sayı var, onun içərisində 51 məktəbin isti yeməklə təchiz olunması nə deməkdir? Bu sadəcə olaraq dekorativ bir şeydir. Yəni, demək istəyirlər ki, dövlət təhsilə diqqət göstərir. Əslinə qalanda, bu, Təhsil Nazirliyinin işinə ciddi mane olacaq. Ona görə ki, Mikayıl Cabbarovun imzaladığı əmrlərin çoxunda korrupsiyaya qarşı mübarizə vardı. O, doğrudan da korrupsiyaya qarşı mübarizə aparmaq fikrindədir. Bəzi hallarda buna müyəssər olsa da, bəzi hallarda ola bilmir. Bu məsələ yeni korrupsiya meydanı yaradacaq. Azərbaycanda xüsusilə iaşə ilə bağlı məsələlər elədir ki, nə vətəndaş, nə valideyn nəzarəti var”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
BMT: Son dörd ildə ərzaq qiymətləri pik həddə çatıb
21:45 02.10.2026
Sosial
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət