Şair Dəmir Gədəbəyli vəfat edib




Tanınmış şair Dəmir Gədəbəyli bu saatlarda dünyasını dəyişib.

"Sherg.az"xəbər verir ki, bu barədə şairin qələm dostları məlumat verib.

Dəmir Gədəbəyli Gədəbəyin Ataxal kəndində anadan olub. 1961-ci ildə ADU-nun filologiya fakültəsini bitirib. 1975-ci ildə namizədlik, 1989-cu ildə isə doktorluq dissertasiyasını müdafiə edib. 1961-1991-ci illərdə AzTV-də müxbir, redaktor və məsul katib işləyib. 1991-1994-cü illərdə "20 yanvar" qəzetinin baş redaktoru olub. Elza İbrahimovanın bir çox mahnılarının söz müəllifidir