“Həkim məsləhəti olmadan dərman qəbul etmək ölümcül fəsadlara yol aça bilər”
Sakitləşdirici həblər təhlükəlidir
14:34 29.08.2018
Arxiv
821
Bu cür dərmanların tərkibində psixotrop maddələr var
“Həkim məsləhəti olmadan dərman qəbul etmək ölümcül fəsadlara yol aça bilər”
“Həkim məsləhəti olmadan dərman qəbul etmək ölümcül fəsadlara yol aça bilər”
Gündəlik həyatımızda yorğunluq, stress, müxtəlif çətinliklərdən qaynaqlanan davamlı əsəb şikayətləri, psixi problemlərlə tez-tez qarşılaşırıq. Bəzən bu narahatlıqlar öz-özünə həll edilmir və insanların ciddi müalicəyə, həkim məsləhətinə ehtiyacı yaranır. Buna baxmayaraq, əksəriyyət həkimə müraciət etmək, müalicə götürmək istəmir. Əvəzində isə apteklərə gedərək, həkim resepti olmadan, satıcının və ətrafdakıların məsləhəti ilə sıradan psixotrop dərmanları alıb, qəbul etməyi üstün tuturlar. Sakitləşdiricilərin qəbulu o qədər dəbə çevrilib ki, hətta uşaqlar üçün belə bu dərmanlardan geniş istifadə edənlər olur.
Tibb elmləri doktoru, professor Adil Qeybulla "Sherg.az”a açıqlamasında bu vəziyyəti mənfi qiymətləndirib. Professor qeyd edib ki, antidepressantlar, psixotrop preparatlar, sakitləşdiricilər yalnız həkim məsləhəti ilə qəbul edilməlidir:
"İnsanlar sərbəst şəkildə bu növ preparatları alıb, istifadə etməməlidirlər. Çünki psixi problemlərin dərəcəsi, formalaşdığı sfera müxtəlifdir. Bunu isə ancaq həkim müayinə edir, ona uyğun müalicə yazır. Mövcud psixi durumu dəyərləndirmək xəstənin özünün bacara biləcəyi məsələ deyil. Ona görə, xəstələrin özbaşına psixotrop dərmanlardan, sakitləşdiricilərdən istifadəsini zərərli hesab edirəm”.
Kardioloq Günay Rəhimova isə antidepressantların son zamanlar həddindən artıq pasientdə əks təsirlər törətdiyini söyləyib. Həkimin sözlərinə görə, bu təsirlər bəzən geriyədönməz dəyişikliklər yarada bilir: "Antidepressantlarsız yaşamaq çətinləşdiyi kimi antidepressantlarla da çətindir. Bu dərmanların bütün orqanlara əlavə təsirləri var. Ancaq ürəyə olan təsirləri bəzən ölümcül ola biləcək qədər qorxuludur. Bir sıra genetik xəstəliklər var. Onlardan ən təhlükəlisi uzun QT sindromu adlandırdığımız ürək xəstəliyidir. Çünki gecə yuxuda qəflətən, ürəkdə heç bir problemi olmayan insanın itirilməsi kimi faciələr məhz bu sindroma bağlı olur.
Antidepressantlar isə sözgedən xəstəliyi daha ağırlaşdırır. Yəni bu dərmanları qəbul edən xəstələrdə dolayı yolla uzun QT xəstəliyi yaranır ki, çox zaman xəstə bundan xəbərdar belə olmur. Bəzi hallarda arterial təzyiqin enməsinə gətirib çıxardır ki bu zaman xəstələr özlərini çox halsız hiss edirlər, antidepressantlar ürəkdöyüntülərini artırır və bununla da ürəkdə gün ərzində yüksək taxikardiya və dolayı yolla təngnəfəslik, boğulma yarana bilir. Bu baxımdan insanların xüsusilə, həkim resepti olmadan antidepressantlardan, sakitləşdiricilərdən uzaq durmasını məsləhət görürəm”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq
NASA-nın tonyarımlıq teleskopu yerə düşəcək
16:10 01.11.2026
Maraqlı
Britaniya hökuməti Breksit sazişini yeniləməyi planlaşdırır
15:55 01.11.2026
Gündəm
Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var - YENİLƏNİB
15:37 01.11.2026
Hadisə
Rusiyada məşhur qrupun vokalçısı öldü
15:22 01.11.2026
Şou
"Qalatasaray”ın vitse-prezidenti istefa verdi
15:08 01.11.2026
Futbol
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi
Azərbaycan XİN Milli Günü münasibətilə Əlcəzairi təbrik etdi
11:11 01.11.2026
Gündəm
Tramp və Netanyahu arasında telefon danışığı olub
10:52 01.11.2026
Dünya