Şamaxıda Şəhidlər xiyabanına anım yürüşü keçirilib




Qarabağ döyüşlərində iştirak etmiş qazilərin təşəbbüsü ilə Şamaxıda Şəhidlər xiyabanına anım yürüşü keçirilib.

1990-cı illərdə vuruşmuş "Babək 44" batalyonun zabit və əsgər heyyətilə birlikdə aprel döyüşlərində həlak olan şəhidlərin valideynləri, Şamaxı rayon sakinləri və müxtəlif media nümayəndələri yürüşdə iştirak ediblər.

Anım yürüşünün ardınca Qarabağ döyüşlərində iştirak edən, Şamaxı sakini olmuş şəhidlərin oxuduğu məktəb, şəhidlərin evləri ziyarət edilib, ailələrinə baş sağlığı verilib.