“Sədərək” Ticarət Mərkəzində yanğın söndürülüb - YENİLƏNİB





 "Sədərək” ticarət mərkəzində yanğın nəticəsində ümumi sahəsi 1200 m² olan 1 korpusun dam örtüyü 45 m², sahibləri məlum olmayan ümumi sahəsi 40 m² olan 4 ədəd geyim mağazasının yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.
APA-nın xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında yer alan məlumatda deyilir.
Bildirilir ki, yüksək temperaturdan ümumi sahəsi 39 m olan 3 ədəd mağazanın lambirdən ibarət tavanı əriyib. Ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub.