“Sedet art” rəsm qaleriyasının açılışı olacaq




Yanvarın 21-də 28 may küçəsi 85-də, Səməd Vurğun heykəlinin yaxınlığında yerləşən "Sedet art” rəsm qaleriyasının açılışı olacaq. 

Bu barədə "Şərq”ə danışan Uluslararasi Akttivist Sənətçilər Birliyinin (UASB) Azərbaycan təmsilçisi, Rəsm Komitəsi Başkanı, rəssam Nəvai Metinin sözlərinə görə, qaleriyada rəsm dərnəkləri təşkil olunacaq: 

" "Sedet art” sərgi salonu, rəsm studiyası və art kafedən ibarət bir məkan olacaq. Hətta qaleriyada kitab təqdimatları və ya tanınmış ziyalılarla görüş üçün də şərait yaradılacaq. Bir sözlə, "Sedet art” sənətin tək ünvanı olaraq insanlara xidmət göstərəcək”.

"Sedet art”ın yaranma səbəbinə gəldikdə isə N. Metin müxtəlif problemlərin, çətinliklərin, terror və qanlı hadisələrin içində məhv olmaq təhlükəsi olan dünyamızı yalnız və yalnız mədəniyyətin, incəsənətin xilas edəcəyinə əmin olun və hərə öz sahəsində bacardığı qədər dünyanı bu bəlalardan qurtarmağa cəhd göstərməlidir: 

"Yaratdığımız " Sedet art” studiyası tək rəssamların yox, mədəniyyətin bütün sahələrini təmsil edən sənət adamlarının və sənətsevərlərin görüş yeri olacağına inanırıq”.

Şəymən