Səhiyyə Nazirliyi: "Aşura ilə əlaqədar keçirilən qanvermə aksiyasında 2403 litr qan tədarük olunub"
12:34 20.09.2018
Arxiv
567
Azərbaycanda Aşura günü ilə əlaqədar Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə keçirilən könüllü qanvermə aksiyasında 5340 nəfər qan verib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Trend-ə bildirib ki, saat 16.00-a olan məlumata əsasən, 2403 litr qan tədarük olunub.
Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.
Qanvermə aksiyası gün ərzində davam etdiriləcək.
Qeyd edək ki, aksiyalar Bakı şəhəri üzrə Binəqədi rayonu "İmam Əli məscidi”, Xəzər rayonu 14 saylı Birləşmiş Şəhər xəstəxanası, "Mir Mövsüm ağa Ziyarətgahı”, Nəsimi rayonu "Əjdər bəy məscidi” (mərasim zalı), 20 saylı şəhər poliklinikası, Nizami rayonu "Şah Abbas məscidi”, Sabunçu rayonu "Rəhimə xanım ziyarətgahı”, Səbail rayonu "Bibiheybət məscid ziyarətgahı”, "İçərişəhər Cümə məscidi”, Suraxanı rayonu "Qaracuxur məscidi”, Yasamal rayonu "Təzəpir məscidi”, "Hacı Soltanəli məscidi”, regionlar üzrə isə Gəncə şəhəri "İmamzadə kompleksi”, Lənkəran şəhəri "Böyük bazar məscidi”, Mingəçevir şəhəri "Heydər məscidi”, Sumqayıt şəhər "Cümə məscidi”, Şəki şəhəri "İmam Əli məscidi”, Mərkəzi Qan bankının Şirvan bölməsi, Ağcabədi Mərkəzi rayon xəstəxanası, Beyləqan Mərkəzi rayon xəstəxanası, Bərdə rayonu "Bərdə İmamzadəsi”, Biləsuvar rayonu "Cümə məscidi” (mərasim zalı), Cəlilabad Mərkəzi rayon xəstəxanası, Xaçmaz şəhər məscidi, Ağsu rayon mərkəzi xəstəxanası, Qan bankının Quba bölgəsi və Masallı şəhər Cümə məscidində təşkil olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol