Qəsdən ana və üç uşağını öldürdü
Qumar borcunu ödəmək üçün yanğın törədən baxıcının edamı Çində böyük əks-səda yaradıb.
İtirdiyi həyat yoldaşı və üç uşağının şəkillərini paylaşan ağrılı ata, ictimai mediada mesaj yağışına tutuldu.

Sherg.az BBC-yə istinadən xəbər verir ki, Çinin şərqindəki Hangzhou şəhərində bir evi qəsdən yandıraraq ana və 3 uşağını öldürməkdə suçlanan baxıcı edam edilib. Mo Huanjing adlı baxıcı, fevral ayında ölüm cəzasına məhkum edilmişdi. Monun qumar borclarını ödəmək üçün ailədən borc almaq ümidiylə evdə yanğın törətdiyi bildirilir. Məhkəmə qeydlərinə görə, Mo yanğından qurtaracağı ailədən daha asan borc ala biləcəyini düşünürdü. Ancaq 18-ci mərtəbədəki mənzildə yanğın bir anda böyüdü və ana Zhu Xiaozhenlə 6, 9, 11 yaşlarında olan 3 uşağı öldü. 2017-ci ilin iyununda yanğın zamanı ata Lin Shengbin evdə olmayıb. Monun qonaq otağında yanğın törətdikdən sonra qaçdığı ifadə edilir. Çinin Twitteri olaraq tanınan Weiboda 2,6 milyon təqibçisi olan Lin Shengbin baxıcının edam edildiyi xəbərini "Şeytan Mo Huanjing sonunda edam edildi. Xəbəri eşidəndə gözyaşlarıma hakim ola bilmədim. Anamı axtardım. Anam da ağladı və hər kəsin uzun zamandır bu xəbəri gözlədiyini söylədi" sözləriylə eşitdirdi.
Linin, və uşaqlarının məzarlarının şəkillərini paylaşdığı mesajına 108 min istifadəçi şərh verib.
Bir çox istifadəçi də, edam xəbərini eşidib ağladıqlarını yazdı. 2017-ci ildə qonşu ölkə Monqolustanda götürüldükdən sonra Çində edam cəzası daha tez-tez müzakirə edilməyə başladı. Edam cəzasını dəstəkləyənlər, tez-tez bu hadisəni nümunə göstərdi. Çinin hər il bütün ölkələrin cəmindən çox adam edam etdiyi bildirilir. Beynəlxalq Əfv Təşkilatına görə, ölkədə hər il minlərlə adam edam edilir.
Turan