“Şirvanşahlar yurdu” oxucuların ixtiyarına verildi
07:42 15.03.2019
Arxiv
609
Kitab ilk dəfə 1931-ci ildə İstanbulda nəşr olunub
Martın 14-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanın mühacir alimlərindən Cahangir Zeynaloğlunun Azərbaycan dilinə tərcümə edilmiş "Şirvanşahlar yurdu” kitabının təqdimatı olub. Kitab əslinə uyğun formada dizayn edilərək "Elm və təhsil” nəşriyyatında nəşr olunub. Kitabın tərcüməçisi Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi Şəhla Xəlilli, redaktoru isə tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillidir.
Təqdimat mərasimində F.Xəlilli bildirib ki, kitab ilk dəfə 1931-ci ildə İstanbulda nəşr olunub. O dövrdə kitab Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkə təqdim olunub və onun təqdirini qazanıb. Kitab vaxtilə Albaniya, Arran və Şirvan deyə anılan "Qafqaz Azərbaycanı”nın tarixindən bəhs edir.
F.Xəlilli qeyd edib ki, "Şirvanşahlar yurdu” əsəri Azərbaycan tarixi ilə əlaqədar fundamental akademik nəşrlərin olmadığı bir dövrdə yazılıb. Əsərin müəllifi Cahangir Zeynaloğlu yerindən-yurdundan didərgin düşən, tarixə, ədəbiyyata bağlı olan ziyalıdır. O, bu əsərin yazılmasında mənbə xarakterli kitab və məqalələrdən istifadə edib.
Müəllifin nəvəsi, kitaba "Ön söz” yazan Səlcuq Akat çıxışında bildirib: "Babam Azərbaycanın istiqlal sevdalısı olub. Mənim uşaqlığım və gəncliyim babam haqqında hekayələri dinləməklə keçib. Mən onun Vətən sevgisinə həmişə heyran olmuşam”.
S.Akat Azərbaycan tarixi haqqında ilk monoqrafiyalardan hesab olunan "Şirvanşahlar yurdu”nun oxucuların marağına səbəb olacağına və yayılacağına inandığını deyib.
Tədbirdə AMEA-nın müxbir üzvü Vəli Əliyev, professor Kübra Əliyeva, professor Cümşüd Qasımov, dosent Əhməd Niyazov və jurnalist Dilqəm Əhməd çıxış edərək kitabın Azərbaycan tarixinin Şirvanşahlar dövrünü araşdıranlar və bu dövrlə maraqlananlar üçün etibarlı mənbə olduğunu vurğulayıblar.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Ukrayna əsgərlərinə çağırış etdi
18:42 22.05.2026
Region
Köçəryanın səs yazısı qalmaqalı təsadüf ola bilməz - ŞƏRH
18:27 22.05.2026
Gündəm
Ermənistan Qərblə yaxınlaşmanın ağır bədəlini ödəyəcək - ŞƏRH
17:54 22.05.2026
Gündəm
CHP-də böhran yox, idarəetmə dəyişikliyi yaşanır - Buğra Sucu
17:28 22.05.2026
Gündəm
Milli Məclisin sədri MDB PA-nın 60-cı plenar iclasında çıxış edib
17:04 22.05.2026
Gündəm
Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu
17:00 22.05.2026
Gündəm
ABŞ-İran danışıqları iflasa yaxındır, müharibə riski artır - ŞƏRH
16:58 22.05.2026
Dünya
Sumqayıt-Bakı istiqamətində yol çökdü
16:38 22.05.2026
Hadisə
Uşaqpulunun verilməsinin tərəfdarıyam, vəssalam! - Deputat
16:23 22.05.2026
Gündəm
TDT-nin Baş katibi Prezident İlham Əliyevi təbrik edib
16:19 22.05.2026
Gündəm
Dünyanın ən qısa təyyarə reysi - Cəmi 53 saniyə çəkir
15:31 22.05.2026
Dünya
SEPAH: Hörmüz boğazından 35 gəmi keçib
15:27 22.05.2026
Dünya
Paşinyan, Köçəryan və Karapetyanın reytinqi açıqlandı
15:02 22.05.2026
Gündəm