Son dəqiqə... İranda nəhəng bina çökdü! Ən az 30 ölü

İranın paytaxtı Tehrandakı 17 mərtəbəli bina, yanğın nəticəsində çöküb. Dövlət televiziyası, ən az 30 nəfərin öldüyü hadisədə 100 nəfərin dağıntılar altında qaldığını bildirir. Türkiyənin Tehran səfirliyi boşaldıldı.
Milliyyət. com. xəbər verir ki, səhər saatlarında baş vermiş hadisədə dövlət televiziyası 30 xilasedicinin öldüyünü bildirir. Dağıntı altında isə ən az 50 nəfərin qaldığı açıqlandı. Bu say 100-ə qədər arta bilər.
İctimai mediadan paylaşılan şəkillərdə, binadan səmaya qara tüstü kütləsinin yüksəldiyi və arxasından da insanların çaşqın baxışları arasında binanın çökdüyü görünür.
Binanın çökmə ehtimalına qarşı Türkiyə səfirliyi boşaldıldı, hadisə zamanı səfirlik binasına zərər dəyməyib. Eyni nöqtədə olan İngiltərə səfirliyi də boşaldılmış vəziyyətdədir.
İran polisi, binanın çökdüyü küçələri bağlayıb. Çökən 17 mərtəbəli  bina, Tehranın ən yüksək strukturları arasında yer alır.
İranlı yəhudi iş adamı Həbib Elghanian tərəfindən 1960-cı illərdə inşaa etdirilən bina, illərcə İranın ən yüksək binası ünvanına sahib idi.