Tədqiqatlar zamanı internetdə xoşagəlməz söhbətlər aparanların içində xeyli sayda müəllimlərin olduğu məlum olub
Sosial şəbəkələr zəhərli ilandır
16:19 27.01.2018
Arxiv
1195
Bura ölkənin uşaqları və gəncləri haqqında informasiya mənbəyidir
Tədqiqatlar zamanı internetdə xoşagəlməz söhbətlər aparanların içində xeyli sayda müəllimlərin olduğu məlum olub
Tədqiqatlar zamanı internetdə xoşagəlməz söhbətlər aparanların içində xeyli sayda müəllimlərin olduğu məlum olub
Texnologiya, internet, sosial şəbəkələr həyatımıza sürətlə daxil olub və bizlər necə bir bəlaya düçar olduğumuzdan xəbərsizik. Xüsusilə internet həyatımızı asanlaşdırdığı qədər də, problemlər yaradır. Bilgi, informasiya əldə etmək asanlaşdığı qədər, insan həyatı çətinləşir. Fərqində deyilik. Çünki sosial şəbəkələr vasitəsi ilə sosiallaşdığımızı düşünürük. Əslində isə daha çox yadlaşırıq, tənhalaşırıq, asosiallaşırıq.
Amerikalı milyarder Corc Soros bildirib ki, "Facebook” və "Google” şirkətləri cəmiyyət üçün təhlükədir.
İKT.lent.az-ın "Business İnsider” nəşrinə istinadən məlumatına görə, o qeyd edib ki, onlar qəsdən öz xidmətlərinə asılılıq yaradırlar: "Bu, xüsusilə də yeniyetmələr üçün zərərli ola bilər. İnternet platformalar və qumar oyunları arasında oxşarlıqlar var. Kazinolar hətta pulu olmayan oyunçulardan belə onların bütün pullarını qoparmağın üsullarını tərtib ediblər”.
Soros həmçinin qeyd edib ki, "Facebook” və "Google” insanların azadlığı üzərində inhisarçılıq yaradır: "Sosial şəbəkələr insanları azadlıqlarından imtina etməyi vadar edirlər. İnsanların diqqətini ora cəlb edən güc isə daha çox bir neçə şirkətin əlində cəmləşir”.
Milyarder bildirib ki, sosial şəbəkələr vasitəsilə bir çox iri şirkətlər auditoriyanın diqqətini cəlb etməklə böyük məbləğdə qazanc əldə edir.
Sosioloq Əhməd Qəşəmoğlu da ümumilikdə sosial şəbəkələrə aludə olmağın insan həyatı üçün təhlükəli olduğunu deyib və onları ilan zəhəri adlandırıb. Onun sözlərinə görə, ondan doğru istifadə etdikdə dərman, çox istifadə etdikdə isə təhlükəlidir. Azərbaycanda sosial şəbəkələrdən istifadə etmə mədəniyyəti zəif olduğu üçün, insanların psixologiyasına da mənfi təsir edir, burda çox vaxt keçirənlərin real aləm barədə təsəvvürləri zəifləyir. Ə.Qəşəmoğlu sosial şəbəkələrin uşaqlar üçün problemlər gətirdiyini söyləyir, halbuki, ondan yaxşı cəhətdən də istifadə etmək, faydalı müzakirələr aparmaq mümkündür. Mütəxəssis deyir ki, yad ideologiyaları təbliğ edən həmin qrupların hər birinin Azərbaycanda öz marağı var. Onlar uşaqların psixologiyasında incə yerləri axtarıb taparaq cəmiyyətdə öz ideologiyalarını yerləşdirməyin yollarını belə müəyyənləşdirir. Sosial şəbəkələr ölkənin uşaqları və gəncləri haqqında informasiya mənbəyidir.
50 il bundan əvvəl həm ailə, həm də cəmiyyət uşaqların tərbiyəsində mühüm rol oynayırdı. İndi ailədə, cəmiyyətdə çox problemlər yaranır. Ona görə də, maarifləndirmə mövzusunda əsas yük ilk növbədə məktəblərin üzərinə düşür. Sosioloq təəssüflə qeyd edib ki, tədqiqatlar zamanı internetdə xoşagəlməz söhbətlər aparanların içində xeyli sayda müəllimlərin olduğu məlum olub. Ekspertin fikrincə, məktəblərlə bağlı müəllimlərin özünü necə hazırlamaq yollarını, maariflənmənin üsullarını müəyyənləşdirmək üçün fəaliyyət proqramı hazırlanmalıdır. Bu fəaliyyət proqramları üçün hazırlanması ciddi mütəxəssislər tərəfindən aparılmalıdır”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistan və Gürcüstan razılığa gəldi
00:55 07.11.2026
Cənubi Qafqaz
Türkiyədən Rusiya ilə bağlı gözlənilməz açıqlama...
23:59 06.11.2026
Region
Tramp Stiven Milleri Ağ Evin aparat rəhbəri təyin edib
23:43 06.11.2026
Dünya
İranın qarşısını almasaydım, İsrail məhv olardı - Tramp
23:10 06.11.2026
Gündəm
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
22:12 06.11.2026
Futbol
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual