Sosial şəbəkələrdə "filtr qadağası" qoyulacaq
15:03 06.07.2021
Arxiv
487
Məlumata görə bu qadağa sponsorlu paylaşımlara aid ediləcək.
Norveç sosial şəbəkələrdə istifadə olunan filtrlər barədə yeni qadağa qoymağa hazırlaşır.
“Ölkə.az” BBC-yə istinadla xəbər verir ki, yeni qanuna görə bundan sonra sosial şəbəkələrdə foto paylaşmazdan əvvəl filtrdən istifadə edən şəxslər bu barədə məlumat verməlidir.
Hökumətin internet sayında yayımlanan məlumatda sözügedən qanun layihəsinin reklamçılıqda ideallaşdırılan insanların cəmiyyətdə formalaşdırdığı təzyiqləri azaltmaq məqsədilə hazırlandığı bildirilib.
Qanunda deyilir ki, müdaxilə edilmiş və ya manipulyasiya edilmiş paylaşımlardakı şəxslər bədənlərinin forması, ölçüləri və dəri baxımından reallıqdan uzaqlaşarsa, işarələmə məcburiyyəti olacaq.
Məlumata görə, bu qadağa sponsorlu paylaşımlara aid ediləcək.
Parlamentdə qəbul edilən yeni qanun layihəsinin nə vaxt qüvvəyə minməsi ilə bağlı yekun qərarı Norveç kralı verəcək.
Yeni qayda “snapchat” və instaqram effektləri ilə yanaşı bədənin formasına və ölçülərinə edilən bütün dəyişiklikləri əhatə edəcək.
Norveç Uşaq və Ailə Nazirliyinin parlamentə göndərdiyi ilk təklifdə qidalanma probleminin gənc qızlar arasında ən çox yayılan üçüncü ölüm səbəbi olması xatırladılıb:
“Gənclər digər şeylərlə yanaşı reklam və sosial media vasitəsilə yaxşı görünmək üçün böyük təzyiqlərə məruz qalır. Sərgilənən modellərə adətən rəqəmsal olaraq müdaxilə edilir. Bu, gəncləri imkansız olan gözəllik ideallarına məruz qoyur”, – məlumatda qeyd edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual
Tacir Şahmalıoğlu tanınmaz halda - Foto
11:55 17.09.2026
Şou
Rusiyada ayı giləmeyvə yığan iki kişini parçalayıb
11:37 17.09.2026
Hadisə
Putinlə Zelenski bir-birinə nifrət edir - Tramp
11:09 17.09.2026
Dünya
Bu il neçə üçəm doğulub?
10:57 17.09.2026
Cəmiyyət