Ş.Ramaldanov diqqətə çatdırıb ki, N.Paşinyan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqları iflic hala salıb:
SÖZ bitdi, indi SİLAHLAR danışacaq - Polkovnikdən Paşinyana sərt ismarıc
09:55 20.09.2018
Arxiv
1620
Şair Ramaldanov: "Bu günə kimi sülh yaratmaq üçün səy göstərirdiksə, bu gündən sonra silahlı qüvələrimizin gücü ilə ərazi bütövlüyümüzü təmin edəcəyik"
Ş.Ramaldanov diqqətə çatdırıb ki, N.Paşinyan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqları iflic hala salıb:
"Orduda keçirilən hərbi təlimlər bizi qələbəyə yaxınlaşdırır”.
Bunu "Sherg.az”a ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib.
Onun sözlərinə görə, bütün təlimlər Azərbaycan silahlı qüvvələrinin ali baş komandanın təsdiq etdiyi şəkildə təşkil olunur:
"Ermənistanın baş nazıiri Nikol Paşinyan qeyri- düzgün mövqe tutaraq savadsız ifadələr lə çıxış edir. Onun nüfuzu aşağı düşməyə başlayır. Əhaliyə verdiyi vədlərin heç birini yerinə yetirə bilmir. Sosial problemləri aradan qaldırmır. Hətta Moskvaya səfərindən sonra Paşinyana müəyyən yoxlamaların aparılmasına dair məhdudiyyətlər qoyuldu. Hazırda N.Paşinyanın siyasi cəhətdən əsaslı bir addım atmayıb. Sadəcə, zəif kütləni başına toplayıb, hər dəfə Dağlıq Qarabağ məsələsi ilə gündəmə gəlmək istəyir. Çalışırlar bu fonda əsassız açıqlamalar, vədlər verməklə cəmiyyəti daxili problemlərdən yayındırsınlar".
Ş.Ramaldanov diqqətə çatdırıb ki, N.Paşinyan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqları iflic hala salıb:" Beynəlxalq qurumların təşkil etdiyi danışıqlaradan üz döndərirlər. Çünki ATƏT-in Minsk qrupu iki ölkəni yaxınlaşdırmaq və onlar arasında sülh yaratmaq istəyir. N.Paşinyan isə sülhə heç bir yol qoymur.
Ölkənin ali baş komandanımız Paşinyana sərt ismarıc göndərdi. Bildirdi ki, bundan sonra Dağlıq Qarabağla bağlı hər hansı bir vəziyyətə cəvabdeh Ermənistan tərəfi olacaq. Çünki bundan o yana yol yoxdur. Hətta Prezident Bakının azad olunmasına dair təşkil olunan paradda da bu fonda müəyyən fikirlər səsləndirdi. Bundan sonra ölkədə irimiqyaslı təlimlər başlayıb. Bu təlimlərdə bir sıra əməliyyatlar keçirməklə işğal olunmuş ərazilərimizi düşmənin hər qüvvələrindən təmizləmək məqsədi ilə yerinə yetirilir. Son vaxtlar N, Paşinyanın hiyləgər şəkildə həyat yoldaşı ortaya çıxıb. Guya o əsgər anaları ilə birlikdə bir qurum yaradacaq. Hətta bununla bağlı Azərbaycan analarına da müraciət edirlər. Onlar düşünmürlər ki, etdikləri müraciət təmamilə yersizdir. Çünki Azərbaycan anaları övlad dünyaya gətirir ki, öz xalqını qorusun, vətəndaşlarına xidmət etsin. Və çətin dövrlərdə ölkəsinin ərazi bütövlüyünü təmin etsin. Amma onlar bunu düşünmürlər. Torpaqlarımızı işğal ediblər və dünya birliyi Ermənistanı işğalçı dövlət adlandırır. Belə olan halda hansı müraciətdən danışmaq olar. Bu, Ermənistanın növbəti hiyləgərliyidir".
Polkovnik onu da əlavə edib ki, indiyə kimi ölkəmiz beynəlxaq qurumlara hörmət edib, məsələni sülh yolu ilə həll etmək istəyirdi. Amma N.Paşinyan sülhə gəlmir və əksinə sərsəm bəyanatlar səsləndirir:
"Növbə Azərbaycandadır. Biz isə bu günə kimi sülh yaratmaq üçün səy göstərirdiksə, bu gündən sonra silahlı qüvələrimizin gücü ilə işğal olunmuş torpaqlarınızdan erməni qoşunlarını çıxarıb, ərazi bütövlüyümüzü təmin edəcəyik. Bu baxımdanda sözügedən təlimlər çox vacibdir. Həmin təlimlər bizi qələbəyə yaxınlaşdırır. Bir neçə gündür davam edən təlimlər yüksək səviyyədə keçirilir. Çünki orada bizim müdafi nazirimiz Zakir Həsənov və igidlərimiz iştirak edir”.
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət