Stalinin nəvəsi vəfat etdi




Moskvada Rusiyanın xalq artisti, Rusiya Ordu Teatrının rejissoru, İosif Stalinin nəvəsi Aleksandr Burdonski vəfat edib.

Sherg.az Trend-ə istinadən xəbər verir ki, rejissor 76 yaşında ürək xəstəliyindən vəfat edib.

O, bir müddət əvvəl xəstəxanaya yerləşdirilmişdi.

Qeyd edək ki, A.Burdonski sovet aviasiya general-leytenantı Vasili Stalinin böyük oğlu olub.