Sumatra adasında 6,4 bal gücündə ZƏLZƏLƏ




İndoneziyaya aid olan Sumatra adasında maqnitudası 6,4 bal gücündə olan zəlzələ baş verib.

 "Sherg.az" "Lemonde.fr"ə istinadən xəbər verir ki, bu barədə ABŞ Geofizika İnstitutu məluamt yayıb. 

Xəbərdə deyilir ki, zəlzələ kifayət qədər güclü və dərin olub. Amma sunami təhlükəsi yoxdur. Hələ ki ölən və xəsarət alanların olub-olmaması barədə heç bir məlumat yoxdur.

Ayyət Əhməd