Taksi sürücülərinə xəbərdarlıq: "Cərimələnəcəklər"





Parlamentin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə əlavələr edilib. 

Sherg.az xəbər verir ki, taksilərə xüsusi ayrılmış duracaq yerlərindən kənarda sifariş qəbul etmək qadağan edilir.

Məcəlləyə təklif edilən 22.0.8-ci maddəsinə əsasən taksilərin xüsusi olaraq müəyyən edilmiş və 5.14 nişanı ilə işarələnmiş duracaq yerlərindən kənar yerlərdə sifariş qəbul etmək məqsədilə durması qadağandır. Buna əməl etməyən taksi sürücüləri 40 manatdan 50 manatadək cərimə olunacaqlar.

Anar