“Tarqovı”da 14 yaşlı qızı döydülər




Bakının mərkəzində xuliqanlıq hadisəsi baş verib. 

Lent.az xəbər verir ki, "Tarqovı” məhəllə kimi tanınan Nizami küçəsi 52 ünvanının qarşısında 2 orta yaşlı qadın 2003-cü il təvəllüdlü Nəzrin Ələkbərzadəni döyüb. 14 yaşlı qız onu döyən şəxsləri tanımadığını deyib.

Araşdırma aparılır.