"Təfəkkür"ün tələbələri hansı universitetə yerləşdiriləcək ? - Prorektordan açıqlama




"Tələbələrimizin hansı universitetlərə yerləşdiriləcəyi hələlik məlum deyil. Bizə bu barədə rəsmi məlumat verilməyib, nə eşidiriksə, mətbuatdan eşidirik". 

Bu sözləri Sherg.az-a fəaliyyəti dayandırılmış Təfəkkür Univeristetinin tələbələrinin digər ali məktəblərə köçürülməsindən danışarkən universitetinin prorektor vəzifəsində çalışmış İlham Musayev söyləyib. 

Köçürülmənin qaydalarından söz açan prorektorun sözlərinə görə, əgər köçürülmə olacaqsa, bu, onlara  rəsmi şəkildə bildirilməlidir: "

 Tələbələrin hansı ali məktəbə köçürüləcəyi ilə bağlı qaydalar belədir. Bundan əvvəl də bəzi universitetlər bağlandıqda bizə məlumat gəlirdi ki, məsələn, filan ixtisas üzrə tələbələr sizin universitetə köçürülür. Hələlik bizə bu barədə məlumat verilməyib. Universitetimizdə tələbələrin hamısı ödənişli təhsil alır. Yəqin ki, başqa universitetə köçürüldükdə də, tələbələr həmin təhsil haqqını ödəyəcəklər. Lakin yenə deyirəm, hələlik bizdə bu barədə rəsmi məlumat yoxdur".

Qeyd edək ki, bu günlərdə Təfəkkür Universiteti fəaliyyətini dayandırıb. Bu ali təhsil ocağında oxuyan tələbələrin konkret olaraq hansı ali məktəbə köçürüləcəyi ilə bağlı səhih məlumat yoxdur. 

Ayyət