"...Torpaqlarımızda ikinci Ermənistanın qurulmasına imkan verməyəcəyik" - Analitik
14:13 21.09.2018
Arxiv
1029
"Ölkə başçımız cənab prezident İlham Əliyevin belə bir bəyanatla çıxış etməsini Ermənistan hökümətinə xəbərdarlıq kimi qiymətləndirilməlidir. Xüsusilə, son zamanlar Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycana qarşı təhdid dolu bəyanatlar səsləndirməsi cənab prezident İlham Əliyev tərəfindən belə bir açıqlamanın verilməsinə zərurət yaradıb".
Bunu "Sherg.az"a ölkə başçısı İlham Əliyevin bu gün Milli Məclisdə Dağlıq Qarabağ münaqişəsinə dair çıxışını şərh edərkən analitik Ehtiram Aşırlı deyib.
Onun sözlərinə görə, dövlət başçımızın bu açıqlaması ondan xəbər verir ki, əgər Ermənistan tərəfi münaqişənin sülh yolu ilə həll olunmasını istəyirsə o zaman ölkəmizə qarşı aqressiv hərəkətlərindən çəkinməli və danışıqlar masası arxasına keçməlidir. Əks halda N.Paşinyan hökumətinin də sonu Serj Sarkisyan rejiminin sonundan heç nə ilə fərqlənməyəcək:
"Ermənistan hökümətinin Azərbaycanın prinsipial mövqeyini anlamamasının və ya anlaya bilməməsinin səbəbi " Böyük Ermənistan" xülyası ilə yaşamasından irəli gəlir. Onlar hələ də bu boş və heç zaman reallaşmayacaq ideya ilə yaşayırlar. Cənab prezident İlham Əliyevin də vurğuladığı kimi Azərbaycan heç bir zaman imkan verməyəcək ki, bizim torpaqlarımızda ikinci bir Ermənistan dövləti qurulsun. Odur ki, Ermənistan heç də boş xəyallara qapılmamalı və gerçəyi qəbul etməlidir".
Qeyd edək ki, Sentyabrın 21-də Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclas keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dağlıq Qarabağ münaqişəsindən danışarkən qeyd edib ki, işğal olunmuş torpaqlarda bütün infrastruktur dağıdılıb, milli sərvətimiz talan olunub, xalqımıza qarşı hərbi cinayət - Xocalı soyqırımı törədilib. Prezident İlham Əliyev bir daha vurğuladı ki, Azərbaycan öz prinsipial mövqeyindən geri dönməyəcək. Çünki Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır və o, Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya