"Tramp birbaşa Putinin astar üzüdür" - İzah
14:34 10.02.2017
Arxiv
1103
"İndiyə qədər Amerika-Rusiya münasibətləri necə olubsa, bundan sonra da elə davam edəcək”.
Bunu Sherg.az-a bir qrup respublikaçı-senatorun ABŞ prezidenti Donald Trampa Rusiyaya qarşı sərt mövqe tutmağa çağırmasına münasibət bildirərkən Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib.
O bildirib ki, münasibətlərdə bəzən irəliləyiş, bəzən məsələlərin ciddiləşməsi, bəzən də sakitlik nəzərə çarpa bilər:
"Putinlə Tramp məsələlərə baxış bucağına görə müəyyən mənada eyni ağıldadırlar. Eks-prezident Barak Obamanın məsələlərə baxışında fərqlilik var idisə, D. Tramp birbaşa V. Putinin astar üzüdür. Onun astar üzü də Putindir. Ona görə, bu məsələlər baş qatmaqdan başqa bir şey deyil. Amma anlaşılan odur ki, Rusiya üçün çətin olacaq. Trampın prezidentliyindən sonra rəsmi Moskva nəhayət dərsini alacaq”.
"Donald Trampın senatorların müraciətinə qulaq verib, sərt mövqe tutmasını proqnozlaşdırmağın çətin olduğunu deyən M. Mirəlioğlu siyasətçilərin yeni prezidentə hələlik tam şəkildə bələd olmadığını diqqətə çatdırıb:
"O ilk addımlarını atır. Rusiyanın isə ənənəvi siyasəti mütləq qeyd edilməlidir. Rəsmi Moskva keçmiş Sovet İttifaqının rəhbərliyini, onun birliyini bərpa etmə niyyətini hələlik saxlayır. Amma D. Tramp siyasətini uğurlu qurarsa, rusiyalı həmkarının ya da onu əvəz edəcək şəxsin siyasətində dəyişiklik yarana bilər. Keçmiş SSRİ, indiki MDB üzvlərinin həll edə bilmədikləri məsələləri Amerika yoluna qoya bilər. Belə demək olarsa, ədalətin bərpa olunması istiqamətində addımlar atılacaq. Amma gec, yoxsa tez baş tutacağını dəqiq söyləmək çətindir.
Qeyd edək ki, bir qrup respublikaçı-senator ABŞ prezidenti Donald Trampa məktub ünvanlayaraq, onu Rusiyaya qarşı sərt mövqe tutmağa çağırıb.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət
Azərbaycan əsgəri Ermənistanda həbs edildi
17:05 02.10.2026
Hərbi