"ABŞ-ın mövqeyi bəllidir. Vaşinqton Qarabağda nə Ermənistanın, nə də Azərbaycanın qələbəsini istəyir. Vaşinqton Ermənistana tam nəzarət etmək imkanında da deyil. Ermənistan Gürcüstanla müqayisədə çox mürəkkəb ölkədir. Həm sosial-iqtisadi, həm də siyasi və hərbi cəhətdən İrəvanın Kremldən asılılığı güclüdür. Rusiyanın Ermənistanda 102 nömrəli hərbi bazası var və bu bazada ən müasir hərbi texnikalar yerləşdirilib.
"Trampın məktubunun Qarabağ danışıqlarına böyük təsiri olmayacaq" - Şərh
09:36 21.09.2018
Arxiv
828
"Trampın məktubu onu deməyə əsas verir ki, Paşinyanın hərbi ritorikasına qarşı cavablar gəlməyə başlayıb”.
Bunu "Sherg.az”a açıqlamasında politoloq Azər Rəşidoğlu deyib. ABŞ prezidenti Donald Trampın Ermənistan baş naziri Nikol Paşinyana göndərdiyi məktubu şərh edən analitik bildirib ki, Amerika Birləşmiş Ştatlar Ermənistanı faktiki olaraq, sülh danışıqlarına və ATƏT-in Minsk Qrupu çərçivəsində fəaliyyət göstərməyə dəvət edir:
"ABŞ-ın mövqeyi bəllidir. Vaşinqton Qarabağda nə Ermənistanın, nə də Azərbaycanın qələbəsini istəyir. Vaşinqton Ermənistana tam nəzarət etmək imkanında da deyil. Ermənistan Gürcüstanla müqayisədə çox mürəkkəb ölkədir. Həm sosial-iqtisadi, həm də siyasi və hərbi cəhətdən İrəvanın Kremldən asılılığı güclüdür. Rusiyanın Ermənistanda 102 nömrəli hərbi bazası var və bu bazada ən müasir hərbi texnikalar yerləşdirilib. Təsir rıçaqları Moskvaya imkan verir ki, istənilən anda Ermənistanda siyasi katakizmlər yaratsın. Bu baxımdan, Trampın məktubunun da Qarabağ danışıqlarına böyük təsiri olmayacaq. Əgər söhbət ABŞ vasitəsi ilə İrəvana təsir göstərib Ermənistanı konstruktiv olmağa məcbur etməkdən gedirsə, bu real görünmür. Düzdür, Ermənistana beynəlxalq təzyiqlər artacaq. Lakin bu təzyiqlər Qarabağın qaytarılması ilə bağlı olmaya da bilər.
Tramp İrəvanı yeni Qarabağ savaşından yayınmağa səsləyir. Əvəzində "mükafat” da vəd edir, yəni "Ermənistan-ABŞ əlaqələri üçün yeni variantlar yarada biləcəyini” vurğulayır. ABŞ üçün bu mərhələdə Ermənistan-İran sərhədinə nəzarət etmək daha vacibdir. Ona görə də Vaşinqton İrəvanı Qarabağ danışıqlarını bərpa etməyə səsləyir. Görünür, Paşinyan Trampa İran məsələsində lazım olacaq”.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Ermənistanın baş naziri Nikol Paşinyana ölkənin 27-ci müstəqillik günü münasibəti ilə təbrik məktubu göndərib. Məktubda ABŞ prezidenti Dağlıq Qarabağ münaqişəsinin nizamlanamsında yeni imkanlar barədə maraqlı anons verib. Bildirilib ki, yaxın aylarda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün yeni imkanlar yaranacaq ki, bu da Ermənistan-ABŞ əlaqələri üçün yeni variantlar yarada bilər: "ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi Birləşmiş Ştatlar münaqişəsinin uzunmüddətli sülh ilə həlli yollarının axtarışı üzrə sizinlə işləməyə hazırdır”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya