Trampın xanım müşavirinin pozası internetdə məşhur oldu



 
ABŞ prezidenti Donald Trampın müşaviri Kellien Konueyin (Kellyanne Conway) Ağ Evdəki rəsmi görüş zamanı çəkilmiş fotosu amerikalı sosial media istifadəçiləri arasında populyar mövzuya çevrilib.

İKT.lent.az-ın xəbərinə görə, K. Konuey D. Trampın qaradərili təhsil müəssisələrinin rəhbərləri ilə görüşü zamanı prezidentin kabinetindəki divanda dizləri üstə dayanıb. Onun öz smartfonu ilə görüş iştirakçılarının fotosunu çəkmək üçün belə etdiyi bildirilir. Nəticədə xanım müşavirin özünün fotosu internetdə məşhurlaşıb. Bir çox istifadəçi onu lağa qoyub.