Trampın yeni saytı yaradılıb


ABŞ-ın keçmiş prezidenti Donald Tramp öz tərəfdarları ilə ünsiyyət qurmaq üçün yeni sayt istifadəyə verib.

45office.com onlayn-resurs bu gündən etibarən istifadəçilərin ixtiyarına verilib.

Donald Trampın ofisindən verilən məlumatda qeyd olunur ki, sayt amerikalıları hər sahədən məlumatlandırmağa, öyrətməyə və ilhamlandırmağa çalışacaq.