“Türkiyə bizim canımız, döyünən ürəyimizdir"
20:59 26.01.2018
Arxiv
1237
Səməd Seyidov Ərdoğanın ona təşəkkür etməsindən şərəf duydu
"Türkiyə təkcə özü üçün deyil, Avropa üçün də savaşır"
Avropa bunu başa düşmür ki, bu gün Türkiyə təkcə Türkiyə üçün deyil, Avropa üçün də savaşır. Türkiyə bütün dünya üçün savaşır.
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin sədri Səməd Seyidov Anadolu agentliyinə müsahibəsində deyib.
AŞPA-dakı çıxışında Türkiyənin mövqeyini müdafiə etdiyinə görə Prezident Rəcəb Tayyib Ərdoğanın ona təşəkkür etməsindən şərəf duyduğunu bildirən S.Seyidov vurğulayıb: "Türkiyə bizim canımız, döyünən ürəyimizdir. Azərbaycan və Türkiyə münasibətləri bu gün bütün ölkələr üçün örnəkdir. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında mehriban qardaşlıq münasibətləri var. Türkiyənin problemi Azərbaycanın problemi, sevinci bizim sevincimiz, kədəri də bizim kədərimizdir”.
Azərbaycanlı deputat qeyd edib ki, "Zeytun budağı” İŞİD və PKK terror təşkilatlarına qarşı həyata keçirilən əməliyyatdır. Bu, nə işğal, nə də hücumdur. Bu, terrora qarşı aparılan və bölgənin terrorçulardan təmizlənməsinə yönəlmiş əməliyyatdır.
Prezident Ərdoğanın minnətdarlığı ilə bağlı fikrini bildirən S.Seyidov deyib: "O qiymət mənə deyil, Azərbaycan-Türkiyə münasibətlərinə verilib. Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın siyasəti burada da duyulmaqdadır və bundan sonra da duyulacaq. Biz də bir əsgər kimi, dövlət başçılarının tapşırıqlarını yerinə yetirmək üçün həmişə hazırıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir
05:25 19.09.2026
Aktual
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
04:14 19.09.2026
Sağlamlıq
Afradan saxlanılma xəbərinə açıqlama
03:33 19.09.2026
Şou
Yeni komanda qururuq və dayanmayacağıq - Qurbanov
02:58 19.09.2026
Futbol
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət
Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı
20:21 18.09.2026
Gündəm