"Türkiyə deyir biz ağlayırıq, biz də deyirik Türkiyə ağlayır" - Deputat




"Azərbaycan həqiqətlərinin, erməni təcavüzünün, Xocalı faciəsinin dünyaya çatdırılmasında Türkiyə çərçivəsindən çıxmalıyıq”.

Bunu Sherg.az-a Xocalı soyqırımının dünyaya tanıdılmasında qardaş Türkiyənin ölkəmizə dəstəyindən danışarkən millət vəkili Adil Əliyev deyib. 

Deputat Türkiyənin Xocalı faciəsinin anılması istiqamətində gördüyü işləri yüksək dəyərləndirib:

"Qardaş ölkə ilə dərdimiz də, bəlamız da eynidir. Ona görə, rəsmi Ankaranın problemlərimizə duyarlılığını yüksək qiymətləndirirəm. Amma Türkiyə deyir, biz ağlayırıq, biz də deyirik Türkiyə ağlayır. Bu məsələləri daha geniş beynəlxalq miqyasa çıxartmalıyıq. Faciənin ildönümü ərəfəsində biz Qazaxıstanda Xocalı həqiqətlərini əks etdirən tədbirləri həyata keçirdik. Fevralın 21-dən 23-nə kimi Astanada silsilə tədbirlər təşkil etdik". 

A.Əliyev əlavə edib ki, ölkəmizdə yaşayan xocalılara, onların ifadələrinə, başlarına gələnlərə daha çox diqqət göstərilsə, effektiv nəticə verən işlər görülə bilər:

"Bütün bunlara dayanaraq əminliklə deyə bilərik ki, ötən illərə nisbətən bu il "Xocalıya Ədalət!” kampaniyası daha fəal həyata keçirildi. Bir çox ölkələrdə geniş səviyyədə tədbirlər təşkil edildi”.

Aysel Aslan