Türkiyə qırıcıları İraqda PKK mövqelərinə zərbələr endirdi




Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları İraqın şimalında PKK terror qruplaşmasının mövqelərinə hava zərbələri endirib.

"Sherg.az" bildirir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, zərbələr İraqın şimalında yerləşən Metina rayonuna endirilib. Zərbələr nəticəsində terrorçulara məxsus sığınacaqlar və silah-sursat anbarları məhv edilib.
Anar