“Türkiyə və Azərbaycanın birgə hərbi təlimləri nə vəd edir ? – AKTUAL

"Türkiyə və Azərbaycanın birgə hərbi təlimlər keçirməsi Cənubi Qafqazda hər iki qardaş ölkənin mövqeyinin güclənməsinə, Azərbaycana qarşı mümkün təzyiqlərin qarşısının alınmasına hesablanıb”.
Bunu "Sherg.az”a açıqlamasında Cənubi Qafqaz Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Məhəmməd Əsədullazadə deyib.
Analitik bildirib ki, ortaq təlimlər həmçinin Qarabağ münaqişəsinin həllində birlikdə olduğumuzun ən bariz göstəricisidir: 
"Cənubi Qafqaz uğrunda Qərblə-Rusiya arasında siyasi nüfuz uğrunda mübarizə yeni mərhələyə keçib. Rusiya Qərblə qarşıdurma fonunda regiona öz təzyiqlərini müxtəlif formalarda reallaşdırmağa çalışır. Ona görə də Türkiyə ilə birgə hərbi təlimlərin keçirilməsi milli təhlükəsizlik maraqlarımıza cavab verir”.
Siyasi şərhçinin fikrincə, hazırda Türkiyə Rusiya yaxınlaşması strateji deyil, taktiki yaxınlaşmadı: 
"Hər iki ölkənin Cənubi Qafqazda maraqları üst-üstə düşmür. Ona görə də Moskva-Anakara arasında bir neçə dəfə aparılan Qarabağ danışıqları nəticəsiz başa çatıb. Ankara artıq, bu məsələni Moskva ilə müzkirə etmir. Moskva da Qarabağ münaqişəsini Türkiyə ilə müzkirə etməkdə maraqlı deyil. Türkiyə Cənubi Qafqazda öz mövqeyini gücləndirməklə, Moskvanı bununla hesablaşmağa məcbur edə bilər.
 Türkiyə və NATO xətti inkişaf etdirilməli, rəqabət mühtiti formalşadırılmalıdır. Yoxsa Rusiya prosesi öz nəzarətində sakitcə saxlayacaq. Türkiyə və Rusiya taktiki yaxınlaşmasının Qarabağ münaqişəsinin həllinə heç bir müsbət effekti yoxdur”.
İsmayıl