Türkiyədə ağır yol qəzası baş verib





Türkiyənin Muğla vilayətinin Milas bölgəsində sərnişin avtobusu aşıb. İlkin məlumata görə hadisə nəticəsində ölən və çox sayda yaralananların olduğu bildirilir.

AZƏRTAC xəbər verir ki, qəza Milas-İzmir yolunda baş verib. Hadisə yerinə xilasedici və təcili tibbi yardım briqadaları cəlb olunub.

Faktla bağlı araşdırma başladılıb.