Türkiyədə PKK-nın daha bir terroru: şəhid sayı 3-ə çatdı - YENİLƏNİB





Türkiyənin Mardin vilayətində PKK terrorçularının həyata keçiridiyi partlayış nəticəsində həlak olan hərbçilərin sayı 3-ə çatıb, 7 nəfər isə yaralıdır. Qaçan terrorçuların yaxalanması üçün bölgədə genişmiqyaslı əməliyyatlara başlanılıb.
***
11:50
Mardinin Derik qəsəbəsində əsgər və təhlükəsizlik işçilərini daşıyan avtobus partladılıb.
Lent.az-ın "sözcü.com.tr”ə istinadən məlumatına görə, terrorçuların yolda quraşdırdığı əl bombası əsgərləri daşıyan avtobusun keçişi zamanı partladılıb.
İlkin məlumatlara görə, partlayış zamanı avtobusda olan təhlükəsizlik işçilərindən 2-si şəhid olub, 8-i isə yaralanıb.
Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu deyilir. Hadisə yerində axtarış əməliyyat tədbirləri başladılıb.