Türkiyədə vəkil bürosuna hücumda ölənlərin sayı 3-ə çatıb - YENİLƏNİB

İstanbulda vəkil bürosuna silahlı hücumda daha bir nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bununla da hadisədə ölənlərin sayı üçə çatıb. Hadisəni törədən şəxs isə Yalova vilayətinə qaçsa da, orada tutulub.
17.06

İstanbulda vəkil bürosuna silahlı hücum olub.

APA-nın yerli bürosunun xəbərinə görə görə, hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

Vəkil bürosuna hücum edən şəxs hadisə yerindən qaçıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.