"Türklərin Qarabağa getmək istəkləri varsa, icazəni bizdən alsınlar" - Deputat
11:11 16.11.2017
Arxiv
691
Zahid Oruc:"Bir norveçlinin Qarabağa səfəri bizi bu qədər ağrıtmır, nəinki türk vətəndaşının"
"Qarabağa qanunsuz səfər edən Türkiyə vətəndaşlarına qarşı cinayət işinin açılması ilk haldır. Bu nümunəni genişləndirmək, mənfi halların qarşısını almaq lazımdır”.
Bunu "Sherg.az”a bu ilin sentyabrında Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edən Türkiyə vətəndaşlarına qarşı Türkiyədə cinayət işi qaldırılmasına münasibət bildirərkən millət vəkili Zahid Oruc deyib.
O bildirib ki, Azərbaycan onunla müxtəlif iqtisadi əməkdaşlıq, müttəfiqlik münasibətində olan dövlətlərlə bu məsələni münasibətlərin əsas nöqtəsi kimi ortaya qoymalıdır:
"Çünki biz müqavilələrdə müxtəlif öhdəlikləri bəyan edirik. Lakin Qarabağa qanunsuz səfərlər məsələsini iqtisadi, mədəni və s. müqavilələrə qədər aparıb çıxarmalıyıq. Artıq Türkiyədə belə nümunə yaranıb. Bu cinayət işinin nəticəsindən asılı olmayaraq, ölkəmizlə münasibətlərin hansı müddəalardan keçdiyini hər kəs bilməlidir.
Türkiyə çoxmillətli ölkədir. Ötən 100 ildə onun tarixi böyük keşməkeşlərdən keçib. Bu gün reallıqda Ermənistan dəfələrlə bəyan edib ki, onların məruz qaldıqları qırğınlardan sonra bir qisim erməni etnik-milli mənsubiyyətini dəyişməyə məcbur olub, islamı qəbul edib. Lakin bununla bərabər onlar öz erməniçiliklərini saxlayırlar. Hazırkı azad şəraitdə də bunu gizlətmirlər. Real olaraq, Türkiyənin mühitinə təsir göstərməyə çalışırlar. Qardaş ölkənin Böyük Millət Məclisində də erməni mənşəli parlamentarilər təmsil olunur. O cümlədən siyasi partiyaların çevrəsində də qərarlaşıblar. Həmçinin iqtisadi dünyada da aparıcı erməni simalı şəxslər var. Biz aşkar şəkildə öz milliyyətini göstərənlərdən danışırıq, ancaq qarışıq qan daşıyıcıları, tarixi genə əsaslanıb hərəkət edənlər də yetərincə yoxdur. Türkiyədə beynəlxalq erməni siyasətini əldə tutmayanlara cavab vermək üçün məsələ daxildə xeyli ehtiyatla həyata keçirilir.
Bu fonda Türkiyə daxilində Azərbaycan və Türkiyənin münasibətlərinin pozulması xəttini yürüdən məxfi mərkəzlər hər zaman olacaq. Biz buna öyrəşməliyik, fakt kimi qəbul etməliyik. Belə hallara qarşı siyasətimizi qurarkən 5-10 şəxsi bütövlükdə Türkiyə gözündə görməli deyilik. 80 milyonluq xalqın içərisində hətta 10 minlərlə şəxs belə mövqedə dayana, ölkəmiz əleyhinə separatçı addım ata bilər”.
Deputat diqqətə çatdırıb ki, bu qanunsuz səfərləri həyata keçirməklə o şəxslər, hətta düşmən niyyəti olmayan insanlar nəticədə Ermənistanın mənfur planının tərkib hissəsinə çevrilir:
"Ermənilər bununla göstərirlər ki, baxın türk vətəndaşı Qarabağı Ermənistan ərazisi kimi tanıyır. Azərbaycanın razılığı olmadan o ərazilərə gedir və s. Bu, təkcə kiminsə həmin bölgələrə səfəri ilə başa çatmır. Eləcə də mənəvi, psixoloji müharibədə düşməni Azərbaycan əleyhinə "gücləndirir”. Bir isveçli, norveçli şəxsin Qarabağa getməsi bizi bu qədər ağrıtmır, nəinki türk vətəndaşının.
Ona görə, qaldırılan cinayət işinin fonunda bütün Türkiyə vətəndaşları üçün belə yasaq rejimi bərqərar olunacaq. Ölkəmizin içərisində kimsə PKK ilə əməkdaşlıq, iş birliyinə getmək, onların kompakt məskunlaşdığı ərazini Kürd torpağı elan edərək, terrorçuların dövlət qurması istəyinə dəstək mövqeyi tutmur. Hətta İraqın daxilində baş qaldıran Şimali Kürdüstan olayına münasibət də bütövlükdə kənar hadisə sayılırdı.
Əgər Türkiyə vətəndaşlarının Qarabağa getmək istəkləri varsa, icazəni bizdən alsınlar. Bundan sonra görək, Ermənistan həmin şəxsləri işğal altındakı ərazilərə buraxacaqlarmı?! Əminəm ki, yox”.
Qeyd edək ki, bu ilin sentybarında Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edən Türkiyə vətəndaşlarına qarşı Türkiyədə cinayət işi qaldırılıb. Belə ki, Türkiyə vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlunun işğalçı Ermənistanın nəzarəti altında olan Azərbaycan ərazilərinə qeyri-qanuni səfər etdiyinə görə cəzalandırılması istiqamətində qardaş ölkədə ilkin hüquqi addım atılıb.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə