Ukraynada 9 casus ələ keçirildi
13:22 22.03.2017
Arxiv
658
Ukraynada Rusiya xüsusi xidmət orqanlarının agentura şəbəkəsinin üzvü olan 9 nəfər saxlanılıb. Lent.az-ın Rusiya KİV-nə istinadən məlumatına görə, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti (UTX) rəisinin aparat rəhbəri Aleksandr Tkaçuk bildirib.
Məlumatda bildirilir ki, rezidentura şəbəkəsinin zərərsizləşdirilməsində UTX əməkdaşları və "Alfa” qrupunun döyüşçüləri iştirak ediblər. Tkaçukun dediyinə görə, ifşa olunan qrup ölkənin cənub-şərqində fəaliyyət göstərirmiş. Dəstə martın 19-da ələ keçirilib.
A.Tkaçuk qeyd edib ki, qrup üzvləri keçmiş və hazırkı hərbçilərdir. "Onlara hərbi və dövlət əhəmiyyətli qurumlara nüfuz etmək, habelə məxfi informasiyaları ələ keçirmək tapşırığı verilmişdi” – deyə aparat rəhbəri bildirib.
Bundan başqa, o, qeyd edib ki, qrup üzvləri Ukrayna ərazisində təxribat və terror hadisələri törətməyə hazırlıq görürmüş, həmçinin "Odessa Xalq Respublikası”nın yaradılmasını dəstəkləyiblər. Qrupun əlaqələndiricisi dövlət qulluğunda çalışan odessalı qadındır. Tkaçuk bildirib ki, həmin qadın Krımdakı kəşfiyyat mərkəzində təlim keçib.
Rusiya tərəfi məsələ ilə bağlı hələlik heç bir şərh verməyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İspaniyanın ən yüksək maaş alan idmançısı müəyyənləşdi
00:42 01.10.2026
İdman
İsrailin Qəzzaya bugünkü zərbələri nəticəsində 7 nəfər ölüb
00:20 01.10.2026
Gündəm
Ronaldo millinin düşərgəsini tərk edib
23:35 30.09.2026
Futbol
Zığ şosesində yük maşını aşdı - Yol bağlandı
23:13 30.09.2026
Hadisə
Qarabağdakı bağçalarda işləmək istəyənlərə xoş xəbər
22:50 30.09.2026
Elm və Təhsil
Bu, terror cəhdidir - İsrail XİN
21:50 30.09.2026
Gündəm
ABŞ-nin Tennessi ştatında qadın məhkumun edamı dayandırıldı
21:37 30.09.2026
Dünya
Aİ-nin XİN rəhbərləri Gürcüstanla bağlı müzakirə aparacaqlar
21:24 30.09.2026
Dünya
Fatih Terim siqareti necə tərgitdiyini danışdı
21:14 30.09.2026
Maraqlı
Moskvadan kəndə qayıtdı, 100 illik ata toxumu tapdı
20:36 30.09.2026
Maraqlı
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət