Uşağın yalan danışması nəyə işarədir? – VALİDEYNLƏR, DİQQƏT
07:00 22.03.2017
Arxiv
457
Aile.lent.az tibb elmləri üzrə fəlsəfə doktoru, pediatr Şəhla Rüstəmovanın məqaləsini təqdim edir.
Uşaq yalanı bir əyləncə də ola bilər, amma adətən daha ciddi problemlərə işarədir və buna diqqətlə yanaşmaq lazımdır. Əgər uşaq yalan danışırsa, bu zaman hansı fikirlər yarana bilər? Uşaq psixoloqu Lorens Katner uşağı yalana motivasiya edən 5 əsas səbəbləri sadalayır:
CƏZA QORXUSU.
Uşaqlar cəzalanmaqdan qorxurlar. Əgər valideynlər uşaqlarını doğrudan da cəzalandıra və onlardan real olmayan nə isə gözləyirlərsə. Məsələn, valideyn istəyir ki, 8 yaşlı oğlu əla oxusun və hər gün əla qiymət alsın, ancaq bu, belə olmayan halda uşaq cəzalanır və futbol oynamaq üçün həyətə buraxılmır. Təbii ki, belə vəziyyətdə futbola böyük həvəsi olan uşaq yaxşı qiymət almadığı halda bunu valideyndən gizlədəcək, yaxud "yaxşı cavab verdim, amma müəllim qiymət yazmadı" kimi yalanlar danışacaq.
MƏNLİYİN ARTIRILMASI.
Məktəbli uşaqlar dostları arasında statusunu artırmaq və yaxşı görünmək üçün yalan danışırlar. Məsələn: məşhur idmançı, aktyor, müğənni ilə rastlaşdığını və ya çox zəngin olduqlarını yoldaşlarına söyləyirlər. Əgər lovğalıq halları vaxtaşırı müşahidə olunursa, narahatçılığa səbəb yoxdur. Amma uşaq öz statusunu artırmaq üçün təkrarən yalan danışırsa, bu, uşağın ozündən tam narazı olmağına işarə edən ciddi bir siqnaldır. Bu hallarda aydınlaşdırmaq lazımdır ki, uşaq hansı səbəbdən özünü alçaldılmış və xeyirsiz hesab edir? Bəlkə məktəbdə yoldaşları uşağa lağ edir, fikir vermirlər?
ETİRAZ.
Bir çox uşaqlar üçün yalan - məhdudiyyətlərə əks getmək, valideynlərinin avtoritetinə çağırış atmaq üsuludur. 10-12 yaşlarında uşaqlar düşünürlər ki, hər bir şeyi valideynə söyləməyə ehtiyac yoxdur və valideynin sualını hökm, təzyiq kimi qəbul etdikləri zaman yalan danışa bilərlər.
ŞƏXSİ SƏRHƏDLƏRİN TƏYİNİ. Uşaq böyüdükcə müstəqilliyinin, şəxsi həyatının və şəxsi məsafəsinin olmasının vacibliyini kəskin hiss edir. Valideynin nəzarəti və himayəsi artdıqca, uşaq daha da çox sirr saxlayır və yalan danışır. Hətta ondan əl çəkilməsi məqsədilə, kobudluğa da yol verə bilirlər: "Sən hara gedirsən?" - "Heç yerə!", "Nə iş görürsən? - "Heç nə!", "O kimdir?"- "Sən onu tanımırsan!".
AİLƏDƏ OLAN PROBLEMLƏR.
Uşaq daim yalan danışırsa, bu, ailədə hər hansı bir problemin olmasına işarədir. Əsasən də, yalana oğruluq və vandalizm (ətrafda olan əşyalara ziyan verilməsi) qoşulan zaman. Əgər uşaq tərəfindən yaranan pisliklərin qurbanı ailə üzvləridirsə, bu, ciddi diqqət mərkəzində olmalıdır, çünki sözlərdən daha ifadəli olan yardıma çağırış ümidsizlik hallarına işarə edə bilər. Adətən boşanan ailələrin uşaqlarında belə hallara tez-tez rast gəlinir. Bəzi hallarda isə uşaqlar öz hərəkətləri ilə valideynləri yenidən birləşməyə sövq edirlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İspaniyanın ən yüksək maaş alan idmançısı müəyyənləşdi
00:42 01.10.2026
İdman
İsrailin Qəzzaya bugünkü zərbələri nəticəsində 7 nəfər ölüb
00:20 01.10.2026
Gündəm
Ronaldo millinin düşərgəsini tərk edib
23:35 30.09.2026
Futbol
Zığ şosesində yük maşını aşdı - Yol bağlandı
23:13 30.09.2026
Hadisə
Qarabağdakı bağçalarda işləmək istəyənlərə xoş xəbər
22:50 30.09.2026
Elm və Təhsil
Bu, terror cəhdidir - İsrail XİN
21:50 30.09.2026
Gündəm
ABŞ-nin Tennessi ştatında qadın məhkumun edamı dayandırıldı
21:37 30.09.2026
Dünya
Aİ-nin XİN rəhbərləri Gürcüstanla bağlı müzakirə aparacaqlar
21:24 30.09.2026
Dünya
Fatih Terim siqareti necə tərgitdiyini danışdı
21:14 30.09.2026
Maraqlı
Moskvadan kəndə qayıtdı, 100 illik ata toxumu tapdı
20:36 30.09.2026
Maraqlı
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət