ÜST:"Yeni ştammlar xəstəliyin sürətli yayılmasına səbəb ola bilər"
07:37 11.02.2021
Arxiv
359
Koronavirusun mutasiya olunmuş variantlarının yayılması yeni pandemiya dalğasına səbəb olmayacaq.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Hans Kluge “El Pais” qəzetinə müsahibəsində deyib.
“Yeni variantlar virusun hələ də bizim üçün təhlükəli olduğunun sərt xatırlatmasıdır. Ancaq bu yeni bir virus deyil. O, ev sahibinə, insana uyğunlaşmağa çalışan hər bir patogenin normal təkamülüdür. Bu, yeni pandemiyanın başlanğıcı deyil, amma biz ayıq-sayıq olmalıyıq”, - deyə o qeyd edib.
Onun fikrincə, sayıqlıq vacibdir, çünki yeni ştammlar yenidən infeksiyaya və xəstəliyin daha sürətli yayılmasına səbəb ola bilər ki, bu da bəzi ölkələrin səhiyyə sistemlərinin pandemiya ilə mübarizə aparmasını çətinləşdirəcək.
ÜST mütəxəssisi bildirib ki, yeni ştammlar vaksinin effektivliyinə təsir edə bilər:
“Bunu ümumi qripdə gördük, bir az fərqli peyvənd tələb edən variantların olması mümkündür. Dürüst olmalıyıq: 2021 növbəti COVID-19-lu, amma bu dəfə daha çox idarəolunan, daha çox proqnozlaşdırıla bilinən il olacaq. Artıq peyvəndlər də daxil olmaqla bəzi müsbət elementlər mövcuddur. Pandemiyalar heç vaxt əbədi qalmır, onlar gələr və gedər”, - deyə Kluge bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı aeroportu sərnişinlərə müraciət etdi
18:53 13.02.2026
Cəmiyyət
Ceyhun Məmmədov: “Ölkədə gərginlik yaratmaq planı iflasa uğradı”
18:51 13.02.2026
Gündəm
ABŞ-li nazir Rubio: “Köhnə dünya artıq yoxdur”
18:43 13.02.2026
Gündəm
İran televiziyasında canlı yayımda “intiqam siyahısı” yayımlandı
18:38 13.02.2026
Dünya
Gürcüstan Aİ kursundan uzaqlaşır? - Politoloqdan İZAH
18:32 13.02.2026
Gündəm
"Nyukasl" "Qarabağ"la oyuna ciddi itkilərlə çıxacaq
18:26 13.02.2026
Dünya
Rutte: Rusiya Ukraynada ilbiz sürəti ilə irəliləyir
18:15 13.02.2026
Dünya
İlham Əliyev Münxendə Slovakiyanın müdafiə naziri ilə görüşüb
18:10 13.02.2026
Rəsmi
ABŞ və Ermənistan arasında hərbi əməkdaşlıq müzakirə edildi
17:55 13.02.2026
Gündəm
"Bavariya" ulduz futbolçusu ilə müqaviləni yenilədi
17:14 13.02.2026
Futbol
Nə Karapetyan, nə Köçəryan - seçkini biz udacağıq - Xudatyan
17:07 13.02.2026
Region
Prezident Neçirvan Bərzanini Azərbaycana səfərə dəvət edib
17:06 13.02.2026
Gündəm
AMEA Ramiz Mehdiyevi həqiqi üzvlükdən xaric edəcək
16:58 13.02.2026
Elm və Təhsil