Vasitəçilər prosesi dondurmaqda maraqlıdır
07:35 19.09.2018
Arxiv
551
ATƏT-in Minsk Qrupu Qarabağ münaqişəsini həll etmək gücündə deyil
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ATƏT-in Minsk Qrupunun fəaliyyətini tənqid edib. Qardaş ölkənin prezidenti Minsk Qrupunu diqqətini Dağlıq Qarabağ münaqişəsinin həllinə cəmləməyə çağırıb. Onun sözlərinə görə, münaqişənin həllinin gecikməsi bir daha Minsk Qrupunun passivliyini göstərir.
Dövlət başçısı həmçinin qeyd edib ki, ATƏT-in Minsk Qrupu bu problemin həlli üçün hələ də səmərəli addım atmayıb.
Sözsüz ki, Ərdoğanın iradları haqsız deyil. ATƏT-in Minsk Qrupunun qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının, suverenliyinin bərpasının zəruriliyi bildirilsə də, sözlər demək olar ki, kağız üzərində qalıb. Ötən 26 ildə beynəlxalq əhəmiyyətli problemə çevrilən münaqişənin nizamlanması istiqamətində beynəlxalq birliyin qətiyyətli addımını görmək qeyri-mümkündür. Münaqişənin nizamlanmasını öz üzərinə götürən ATƏT-in Minsk Qrupunun "fəaliyyəti" isə yalnız turist gəzintilərindən fərqlənməyən vaxtaşırı səfərlərdən və söz yığınından ibarət olan mənasız bəyanatlardan ibarətdir.
Artıq Minsk Qrupunun fəaliyyətsizliyi göz qabağındadır.
Politoloq Natiq Mirinin fikrincə, ATƏT ümumiyyətlə, münaqişəni həll etmək gücü və bacarığında deyil:
"ATƏT və onun Minsk Qrupu Qarabağ münaqişəsinin həllilə bağlı qarşısında qoyulan tapşırığa ona görə əməl etmir ki, qurum sadəcə olaraq həmin konflikti həll etməyi bacarmır. Çünki qarşısına qoyduğu prinsiplər əslində münaqişənin həllinə imkan vermir. Bilirsiniz ki, bu münaqişədə əsasən dövlətlərin ərazi bütövlüyü və xalqların öz müqəddəratının təyinatı prinsipləri əsas götürülür. Hansı ki, bu prinsiplər də bir-birinə daban-dabana ziddir.
XX əsrin 70-ci illərində, yəni ATƏT yaranan zaman iki dünya gücü, ABŞ-la Sovetlər İmperiyası arasında bir növ balans yaratmaq üçün belə ziddiyyətli iki prinsip kompromis variant olaraq götürülüb. Ayrıca bu problemin əsas mahiyyətində duran problemlərdən biri də ondan ibarətdir ki, ATƏT-in bütün həmsədr dövlətləri münaqişəni Azərbaycanın güzəştləri hesabına həll etmək istəyirlər.
Söhbət ondan gedir ki, Dağlıq Qarabağ ətrafı rayonların boşaldılması müqabilində Azərbaycandan Dağlıq Qarabağda referendumun keçirilməsinə razılıq istəyirlər. Bu da dolayısı ilə Dağlıq Qarabağa müstəqilliyi özündə ehtiva edir. Azərbaycan dövləti bunu qəbul etmədiyindən problem 26 ildir ki, uzanır".
Artıq ATƏT-in Minsk Qrupu və digər dünya gücləri üçün Dağlıq Qarabağ probleminin həllinin prioritet olmadığını vurğulayan politoloq hesab edir ki, ATƏT-in Minsk Qrupu məhz istədikləri nəticəni əldə edə bilmədiklərindən məsələni dondurmaq istəyirlər. Ancaq prosesi dondurmaq mümkün olmayacaq.
Natiq Mirinin sözlərinə görə, Minsk Qrupunun fəaliyyətinə xitam verilməyin zamanı yetişsə də, bu, baş tutan məsələ deyil. Çünki digər iki həmsədr ABŞ və Fransa buna imkan verməyəcək:
"Minsk qrupunun fəaliyyətinə xitam verilməsi məsələsi gündəmdə deyil. Belə bir tələb də yoxdur. Bunun üçün mütləq mənada münaqişə tərəfləri tələb ortaya qoymalıdır. Bilirsiniz ki, bu mandatı BMT ATƏT-ə verib. Bu kontekstdə də Minsk Qrupu yaradılıb. O zamandan 3 ölkə Minsk Qrupunda həmsədrlik edir ki, Azərbaycan tərəfindən onların fəaliyyətilə bağlı müəyyən narazılıqlar dilə gətirilsə də, rəsmi qaydada qurumun tamamilə ləğvi barədə ortaya konkret mövqe qoyulmayıb, rəsmi müraciət olunmayıb. Ona görə də Minsk Qrupunun ləğvi və yaxud fəaliyyətinə xitam verilməsi məsələsi gündəmdə deyil. Minsk Qrupunun fəaliyyətində qismən iştirak etsə də, ABŞ və Fransa hər bir halda Cənubi Qafqazdakı geosiyasi maraqları kontekstində həmin qurumun fəaliyyətinə xitam verilməsinə imkan verməzlər".
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət