Vəhşilikdə son nöqtə: Həbsxanada insan bişirdilər





Braziliya həbsxanalarında ilin başından bu yana davam edən şiddət hadisələrinə qan donduran bir də əlavə olundu. lcacuz həbsxanasında rəqib şəbəkələrin üzvləri arasında baş verən qarşıdurmada məhkumlardan biri yandırılaraq böyük bir odda bişirildi.
milliyyət. com.tr xəbər verir ki, görüntülər Braziliyanın şimal-şərqindəki Alcacuz həbsxanasındandır... Həftəsonu iki rəqib şəbəkənin üzvləri arasında çıxan dava qorxunc bir hadisə ilə sona çatıb.

Rio da Janeirolu bir narkotik şəbəkəsiylə Sao Paulolu şəbəkənin davası qırğına çevrilib. Məhkumlar tərəfindən qeydə alınan dəhşətli görüntülərdə Sao Paulo şəbəkəsinin bir üzvü rəqib şəbəkə tərəfindən yandırılaraq böyük bir odun üzərində bişirildi.

Qan donduran görüntülərdə məhkumlar üzlərini gizlətməyə belə gərək duymayaraq məhkumu yandırmağa davam edib.

Alcacuz həbsxanasında keçən həftə yaşanan şiddət hadisələrində 26 nəfər ölüb. İl başından bu yana isə Braziliya həbsxanalarında 126 nəfər həyatını itirib.