Vətəndaşlar, qaraçılara pul verib, BƏSLƏMƏYİN ! - OLMAZ !



"İnsanların qaraçıları bəsləməsinin, yetişdirməsinin qarşısını almalıyıq”.

Bunu Sherg.az-a ilahiyyatçı Elşad Miri deyib. 

O bildirib ki, qaraçılar, həqiqətən, həmin sədəqələrə ehtiyacı olan insanlar deyil:

"Hətta onların arasında elələri var ki, bir-biriləri ilə söhbətlərində çox böyük qazanclar səsləndirirlər. Çox zəngin həyat tərzi keçirən qaraçılar da var. Amma özlərini fiziki qüsurlu kimi göstərib, allahın adından sui-istifadə etməklə dilənirlər. Elələri var ki, marşrutlarda dilənir, düşəndə isə görürsən, normal adamdır. İnsanlar da guya ictimai nəqliyyatda özlərini daha humanist göstərərək, qaraçıları bəsləyirlər. Bununla bağlı cəmiyyətə çağırış etməliyik ki, qaraçıları yetişdirmək olmaz. Doğrudan da, ehtiyacı olan o qədər insanlar var ki. Qaraçılar allahın adından istifadə edib, dilənə bilirlərsə, dini qurumlar bu barədə tədbir görməlidir"

Aysel Aslan